
Oğuz rayonunda azyaşlını avtomobil vurub.
Bu barədə “AVESTA.AZ”un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, dünən saat 23 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində Valeh Şərifov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada, 2017-ci il təvəllüdlü A. Abbasovu vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.