31-07-2023, 13:41 694

Vaqif Xaçaturyanın Meşəlidə törətdiyi qırğının təfərrüatları açıqlanıb - ŞAHİD DANIŞIR

"Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq cəzalandırılacaq”.

Bunu “AVESTA.AZ”un Qərb bürosuna açıqlamasında Xocalı rayonunun Meşəli kənd icra nümayəndəsi İlham Kazımov deyib.

O, Birinci Qarabağ müharibəsi dövründə kəndlərinə ermənilərin dəfələrlə hücum etdiyini xatırladıb: “Kənd sakinləri hər dəfə düşmənə layiqli cavab verirdi, ancaq sonuncu hücumun qarşısını ala bilmədik. Çünki düşmənin sayı-hesabı yox idi və ağır silahlardan atəş açırdılar. Xatirimdədir ki, 1991-ci il dekabrın 23-ü erməni alayının Meşəliyə hücumu zamanı göydən sanki od yağırdı. Meşəlidə həmin vaxt 360 nəfərdən ibarət 81 ailə yaşayırdı. Həmin il dekabrın 23-ü səhər saatlarında erməni alayı Meşəli kəndinə hücum etdi. Düşmən kəndi mühasirəyə almışdı, yalnız bir istiqamətdə mövqe tuta bilməmişdilər. Camaat oradan çıxmaq istəyəndə, onları güllələmişdilər. Kənd sakinlərindən çoxu çıxmaq istəmirdi. Erməni quldurları onları elə öz evlərində güllələmişdilər. Sağ qalanlar gecə saat 3-də çətinliklə də olsa kənddən çıxa bildi”.

İlham Kazımov
İlham Kazımov

İcra nümayəndəsi vurğulayıb ki, nə qədər müqavimət göstərsələr də, düşmənin hücumunun qarşısını ala bilməyiblər: “Bizdə 10 nəfər milli ordudan gəlmişdi, 5 nəfər də polisimiz vardı. Silahlarımız məhdud sayda idi. Amma onlar güclü silahlanmışdılar. Tankları belə vardı. Sadəcə yol bağlı olduğundan tank Meşəliyə daxil ola bilməmişdi. Buna qədər çox hücumlar olmuşdu, ancaq qarşısını almışdıq. Sadəcə sonuncu dəfə hücum edəndə erməni quldurları sanki quduzlaşmışdılar. Həmin döyüşdə 25 şəhid verdik, 14 nəfər yaralandı. Şəhidlərdən 20-si Meşəli kənd sakini idi. Şəhidlik zirvəsinə ucalanlardan bir nəfər Ağdamdan gələn polis, üç nəfər milli ordunun əsgəri idi. Yevlaxdan bizim kəndə köməyə gələn Tahir adlı şəxs də şəhid oldu. Döyüşlər elə gedirdi ki, insanlar istəyirdi yaba ilə düşmənin qabağına çıxıb vuruşsun. Ancaq silahımız olmadığından Xocalıdan, Kosalıdan və digər yerlərdən bizə kömək gəldi. Biz yenidən kəndə daxil olduq. Elə şəhidlərimizin sayını da onda bildik. Həmin vaxt mənim atam, xalamın ailəsi və digər qohumlarımız şəhid oldu”.

İ.Kazımov bildirib ki, Xocalı rayonunun Meşəli kənd sakinləri artıq 14 ildir Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar və hazırda orada 430 nəfərdən ibarət 100 ailə yaşayır: “Mən Prezident İlham Əliyevə bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm. Burada bizim üçün hər cür şərait yaradılıb. Məktəbimiz, uşaq bağçamız çox gözəl formada fəaliyyət göstərir. Burada hər şey öz qaydasındadır.

Bu günlərdə cinayətdə əli olanlardan biri - Vaqif Xaçaturyanın həbs edilməsi xəbərini eşitdik. O anda yaşadığımız sevinci sözlə ifadə edə bilmərəm. Bütün kənd sakinləri sevincindən az qala uçurdu. Hamı bir-birini təbrik edirdi. Sağ olsun dövlətimiz, sağ olsun Ali Baş Komandanımız, sağ olsun Ordumuz. Bu gün bizim qisasımız alınıb. Əminik ki, Xocalı, Meşəli və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədənlərin hər biri mütləq şəkildə cəzalandırılacaq”.

Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR