
Gürcüstanlı xilasedicilər Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha 4 nəfərin meyitini tapıblar.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "İmedi" telekanalı məlumat yayıb.
Fəlakət bölgəsində olan və torpaq altında qalan 31 nəfərin axtarışları davam edir.
Qeyd edək ki, axtarış tədbirlərinə 400-ə yaxın xilasedici və kinoloq cəlb edilib. Artıq 210 nəfər təxliyə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.