
Slovakiya Prezidenti Zuzana Çaputova doqquz vətəndaşa Ukrayna ordusuna qoşulmağa icazə verib.
"Report" xəbər verir ki, bu barədə TASR agentliyi Slovakiya Prezidentinin Aparatının Kommunikasiyalar Departamentinin direktoru Yozef Mateiyə istinadən məlumat yayıb.
Doqquz slovak dövlət başçısının imzası ilə müvafiq icazələr alıblar.
Mövcud qanunvericiliyə görə, Slovakiya vətəndaşları yalnız ölkə prezidentinin icazəsi ilə başqa dövlətlərin ordularında xidmət keçmək hüququna malikdirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.