11-08-2023, 17:27 512

Azərbaycan Həndbol Federasiyasının rəsmisi: “Problem ondadır ki, bizdə qızlar həndbola çox gec başlayırlar

Bakıda keçirilən 17 yaşadək həndbolçu qızlardan ibarət komandalar arasında Avropa çempionatının A qrupuda mübarizə aparan Azərbaycan millisi uğursuz nəticələrlə yadda qalıb.

Yığma belaruslu baş məşqçi Sergey Kamburun rəhbərliyi altında Gürcüstana 13:39, Sloveniyaya 6:58, Bosniya və Herseqovinaya 17:61, Litvaya isə 14:47 hesabı ilə məğlub olub.

Qızlar 10 komandanın qatıldığı turnirdə avqustun 12-də 9-cu yer uğrunda matçda Lüksemburqla qarşılaşacaqlar.

Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri və beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov “Report”a müsahibəsində yığmanın qitə birinciliyindəki çıxışını dəyərləndirməklə yanaşı, ölkə həndbolunun hazırkı durumundan və gələcək perspektivlərindən də danışıb.

- Millimizin qrupdakı çıxışını necə dəyərləndirmək olar?
- Komandamız yeni yığılıb, cəmi 6-7 aydır məşq keçir. Qarşılarına hər hansı bir məqsəd qoymamışdıq. Yeniyetmələrimiz heç vaxt belə yarışda iştirak etməyiblər. Heyətdə bir nəfər də legioner yoxdur, hamısı yerli qızlardır. Adi bir nümunə çəkim. U-16 basketbol yığmamız Avropa çempionatının C Divizionunun qalibi oldu, ancaq heyətində cəmi bir azərbaycanlı var idi. Bizdə isə hamı yerlidir. Qəbul edirik ki, yığmamız hələ zəifdir.

- Deməli, nəticələr gözlənilən idi?
- Bəli, gözlənilən idi. Bir az Gürcüstanla oyuna ümid edirdik ki, bəlkə onlara qalib gələrik. Amma həmin görüşdə də uduzduq. Onu da nəzərə almaq lazımdır ki, komandamızda həndbolçuların çoxunun 16 yaşı var. Bura gələnlər 17 yaşlılardır. Problem ondadır ki, bizdə qızlar həndbola çox gec – 15-16 yaşda başlayırlar. Avropada isə artıq 10 yaşdan bu idman növünə gəlirlər. Bəlkə də, bu turniri keçirmək məqsədəuyğun deyildi. Ancaq yenə də həndbolun dirçəlişi üçün təşkilatçılığı öhdəliyimizə götürdük.

- Baş məşqçi Sergey Kambur federasiyaya hesabat verib?
- Kambur burada “Qarabağ” klubunun məşqçisidir. Bu turnir üçün yığmanı ona həvalə etmişdik. Təcrübəli mütəxəssisdir, SSRİ dönəmində yeniyetmə qızlarla işləyib. Burada da nəsə etmək istəyir. Amma özü də etiraf edir ki, indiki durumda heç kim uğur qazana bilməz. Yəqin ki, yaxın müddətdə hesabat verəcək, fikirlərini bildirəcək.

- Belə çıxır ki, Kambur baş məşqçi postunda qalmaya bilər?
- Onun burada çalışdığı klub var. Təcrübəsini nəzərə alıb yığmaya gətirmişdik. Başqa mütəxəssislə də anlaşa bilərik. Kamburun hesabatından sonra federasiya baş məşqçi məsələsinə aydınlıq gətirəcək.

- Bakıya gələn qonaqlar təşkilatçılıqdan məmnun qaldılar?
- Azərbaycan həndbolda sonuncu dəfə 2002-ci ildə “Çağırış Kuboku”na ev sahibliyi etmişdi. Yəni 20 ildən çox idi ki, beynəlxalq turnirə təşkilatçılıq etmirdik. Bunu qonaqlara da demişdik. Bu ildən fəal şəkildə həndbolun inkişafı üçün addımlar atmağa başlamışıq. Bura gələn qonaqlar da təşkilatçılıqdan razılıq bildirdilər. Avropa Həndbol Federasiyasının nümayəndəsi isə buradakı şəraitin yüksək səviyyədə olduğunu vurğuladı.

- Federasiyanın yaxın gələcəkdə daha mötəbər yarışa ev sahibliyi etmək planı var?
- Bizə bu yarışı keçirməyi Avropa Həndbol Federasiyası təklif etmişdi. Bu səviyyədə turnirə illərdir təşkilatçılıq etməmişik. Federasiyanın əvvəlki rəhbərliyi bununla məşğul olmurdu. Yeni federasiya prezidenti Avropa Həndbol Federasiyasının rəhbərliyi ilə görüşlər keçirib. Onlar bildiriblər ki, sizin probleminiz bizə yaxın olmamağınız, Azərbaycanda turnirlər təşkil etməməyinizdir. Adətən bu cür yarışları Gürcüstan keçirir. Biz isə bu ildən başlamışıq. Amma mütləq hər il hansısa bir turnirə ev sahibliyi etmək istəyirik. Burada nə qədər çox yarış təşkil etsək, Avropa Həndbol Federasiyası da bizə öz köməyini əsirgəməyəcək. Bunu özləri də deyirlər. Hətta təklif ediblər ki, bura "ustad dərsi", seminar keçmək üçün məşqçilər, hakimlər göndərməyə hazırdırlar. Federasiyamızın yeni rəhbərliyi onlarla münasibətləri artıq bərpa edib, əlaqələr genişləndirilir.

- Bu qızlar gələcəkdə əsas yığmanın potensial üzvləri sayılırlar. Belə demək olar ki, yaxın 5-10 ildə Azərbaycan həndbolunun durumu parlaq görünmür?
- Bu fikirlə razı deyiləm. Amma inkişaf etmək üçün qızlar daha erkən yaşdan həndbola gəlməlidirlər. Artıq bütün regionlarda komandalar yaratmaq üçün çalışmalara başlamışıq. Təxminən iki ildən sonra 20-30 yox, 200-300 həndbolçu arasından seçim apara biləcəyik. Rayonlarda məşqçilər tapmışıq, yeni yaradılan komandalara toplar vermişik. Demirəm ki, 1-2 ilə nəsə edəcəyik. Amma federasiya bu cür çalışsa, uzağı 5 ilə həndbolun nə qədər inkişaf etdiyini görəcəksiniz.

- Təhsil Nazirliyi ilə bu yöndə hansısa işbirliyi planlaşdırılmır?
- Orta məktəblər arasında həndbol yarışı keçirmişdik, Bakı məktəblərindən çox sayda komanda iştirak etmişdi. Problem ondadır ki, Bakıda cəmi iki idman məktəbində həndbol bölməsi var. Orada da 3-4 məşqçi işləyir. Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişik ki, məktəblərdə həndbol bölməsi açılsın. Məktəblərdə işləyə biləcək məşqçilərimiz də var. Sağ olsunlar, gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva bildirdilər ki, nazirliyin nəzdində olan idman məktəblərində şöbələr açacağıq. Bizdən artıq 10 məşqçinin adını götürüblər. Problemlərimizdən biri də həndbolda böyük kütlənin olmamasıdır. Güləşdə fit çalsalar, bir yarışa 5000 adam gələr. Biz isə güc-bəla ilə 5-10 komanda yığırıq. Bizdə idman məktəbləri çox azdır.

Paylaş

Xəbər lenti

XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Bu gün, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Bu gün, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Bu gün, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Bu gün, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Bu gün, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Bu gün, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Bu gün, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Bu gün, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Bu gün, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Bu gün, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Bu gün, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Bu gün, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Bu gün, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Bu gün, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Bu gün, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Bu gün, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Bu gün, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Bu gün, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Bu gün, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR