12-08-2023, 16:47 411

BMT TŞ-də təxribat olarsa - Bakının iradəsinə təsir göstərməyəcək, amma sülh prosesindəki bütün razılaşmalar sıfırlanacaq  - ŞƏRH

Ermənistanın Laçın yolunun guya bağlanması və Qarabağda məskunlaşan erməni əhalisinin guya blokadada saxlanması ilə bağlı bütün cəhdləri mənasız hay-küydən başqa bir şey deyil. Hələ bu azmış kimi indiyə qədər həyata keçirtdikləri bütün cinayətkarlıqları, terrorları, soyqırımları və kütləvi qətlləri görməzdən gələrək Laçın yolu ilə bağlı özlərinin yaratdığı boş xülyaları beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırlar. Öz himayədarlarına arxalanan Ermənistan artıq bu istiqamətdə fəaliyyətə başlayıb.

“AVESTA.AZ” xatırladır ki, əvvəla, Laçın yolu Azərbaycanın suveren ərazisidir və bu yolla bağlı istənilən qərarların verilməsi dövlətimizin konstitusion hüququdur. Bu yolla bağlı vəziyyət hər kəsə aydındır. Bunu ən azından özünü ermənilərin havadarı kimi aparan Beynəlxalq Qırmızı Xaç Komitəsindən də öyrənmək olar. Çünki bu təşkilatın avtomobilləri mütəmadi olaraq Laçın yolu vasitəsilə Qarabağdan Ermənistana, Ermənistandan da Qarabağa erməni vətəndaşlarımızı daşıyırlar.

Ermənistanın bu kimi cəhdləri hər zaman fiaskoya uğrayıb. Hələ daha əvvəl ötən ilin dekabr ayında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyası ilə bağlı BMT TŞ-nin fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından, Fransanın irəli sürdüyü bəyanat layihəsi razılaşdırılmayıb.

Bundan əvvəllər isə Beynəlxalq Ədalət Məhkəməsi dəfələrlə Ermənistanın Azərbaycanla bağlı iddialarını rədd edib. Odur ki, ermənilərin budəfəki cəhdləri də iflasa uğrayacaq. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan artıq üç ilə yaxındır ki, öz ərazilərini erməni işğalından azad edib və halbuki hələ otuz il əvvəl erməni silahlılarının və işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT TŞ-nin qətnaməsi var idi. Bu, sadəcə BMT TŞ-nin qətnamələrini Azərbaycanın təkbaşına icra etməsi ilə bağlı qısa bir xatırlatmadır. BMT TŞ-nin qətnamələrinə uzun illər məhəl qoymayan Ermənistanın indi hansı üzlə bu təşkilata pənah aparması isə sadəcə gülüş doğurur.

Bir daha qeyd edirik ki, Ermənistan hakimiyyəti BMT TŞ formasından sui-istifadə edərək Azərbaycan və azərbaycanlılara qarşı öz çirkin kampaniyalarını davam etdirməyə çalışır.

“Laçın” sərhəd buraxılış məntəqəsində ölkəmizin ərazisinə daxil olan və ölkəmizin ərazisindən çıxan hər bir kəsin sənədlərinin yoxlanılması isə konstitusion hüququmuzdur. Məhz bu sərhəd buraxılış məntəqəsinin hesabına ermənilərin Azərbaycan ərazilərinə silah-sursat, o cümlədən mina daşımalarının və suveren torpaqlarımızda qaçaqmalçılıqlarının qarşısı alınmış oldu.

Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini minalamaqla məşğul olub. Buna baxmayaraq, indiyə qədər doğru-düzgün mina xəritələrini verməyib və hər dəfə bu xəritələri verməkdən yayınıb. Bu azmış kimi torpaqlar müharibədən sonra qeyri-qanuni yollarla Azərbaycan ərazilərinə keçən erməni diversantlar azad edilmiş ərazilərimizi yenidən minalamağa başlayıblar. Buna sübut kimi aşkar olunan minaların 2022-ci il istehsallı olmalarını göstərmək olar. Odur ki, Azərbaycan öz sərhədlərini möhkəmləndirməyə çalışdığı zaman məhz bu kimi təxribatların, potensial terror aktlarının qarşısını almağa nail olub.

Bütün bunlara baxmayaraq, Azərbaycan regionda və dünyada sülhün tərəfdarıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi Azərbaycan müharibə və qan tökmək istəmir. Buna görə də artıq bir müddətdir ki, Ermənistanla sülh danışıqları davam edir.

Ümid edirik ki, BMT TŞ-da Azərbaycana qarşı hər hansı təxribata yol verilməyəcək. Çünki Ermənistan və onun havadarları nəzərə almalıdırlar ki, nə Ermənistanın destruktiv əməlləri, nə də TŞ-də siyasi spekulyasiyalar Azərbaycanın haqlı mövqeyinə təsir etməyəcək. Azərbaycan regional problemlərin region ölkələri tərəfindən nizamlanmasına tərəfdardır. Hazırda Azərbaycanın İranla münasibətlərində də normallaşma hiss olunur və Bakının təşəbbüsü ilə irəli sürülmüş 3+3 formatı yenidən canlanır. Bu formatda yaxın vaxtlarda İranda görüşün keçirilməsi gözlənilir. TŞ-də qəbul edilə biləcək sənəd və ümumilikdə məsələni TŞ-yə çıxarmaq cəhdləri nə bölgədə sabitlik və əmin-amanlığa, nə sülhə, nə reinteqrasiya prosesinə müsbət təsiri olmayacaq. Bu, Azərbaycanın təşəbbüsü ilə başlanılan sülh prosesində indiyə qədər əldə olunmuş bütün razılaşmaları sıfırlayacaq.

Qərb ölkələri belə addım atarsa, sülh danışıqlarına dair ABŞ formatı və Aİ-nin vasitəçiliyi ilə gedən proses dayandırılacaq. Bu gün Fransa regionda bütün nüfuzunu itirdiyi kimi, ABŞ da bölgədəki mövqelərini zəiflədəcək. Əgər Azərbaycana qarşı bu təxribatda Rusiya da iştirak etsə, bu ölkənin vasitəçiliyi ilə də danışıqlar əhəmiyyətini itirəcək. Bununla Azərbaycan ümumiyyətlə bu prosesi artıq hər hansı vasitəçilərlə müzakirə etməyəcək.

Bir sözlə, BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir göstərməyəcək. Amma bu, indiyədək aparılan sülh təşəbbüslərinin sonu demək olacaq.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR