
"Səyahətə getmək istəyən rusiyalılar hansı ölkələri seçməlidir?.."
"Rusiyalılara ən yaxşı münasibət göstərən ölkələr Belarus, Serbiya, Slovakiya, Əfqanıstan və Türkmənistan; ən pis münasibət göstərən ölkə vətəndaşları ukraynanılar, polyaklar və amerikalılardır"
Rusiyalıları sevən və ona nifrət edən ölkələr hansllardır?..
Arxangelskin sabiq meri Aleksandr Donskoy "Rusofobolokator" adlı sayt yaradaraq, başqa ölkələrin Rusiya vətəndaşlarına münasibəti barədə rəy sorğusunun nəticələrini yerləşdirib.
Avesta.az xəbər verir ki, bu barədə "9-cu kanal" məlumat verib.
"Bu gün mən sevinc hissi ilə "Rusofobolokator" analitik layihəsini təqdim edirəm. Bu layihə sizə problemlərlə üzləşməkdən ehtiyat etməyərək səyahət etmək istədiyiniz ölkəni seçməyə imkan verəcək. Burada siz hansı ölkələrin əhalisinin bizə nikbin və hansılarının bədbin münasibət sərgilədiyini görəcəksiniz. Səyahət etmək üçün ölkəni düzgün seçin", - Donskoy prezentasiya etdiyi çarxda deyib.
Rusiyalılara ən yaxşı münasibət göstərən ölkələrin beşliyinə Belarus (92 % müsbət yanaşır), Serbiya (66 %), Slovakiya (60 %), Əfqanıstan (58 %) və Türkmənistan (57 %) daxil olub.