
Yaponiya raket buraxılışı ilə bağlı diplomatik kanallar vasitəsilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) etiraz edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno məlumat verib.
Onun sözlərinə görə, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır. O, həmçinin bildirib ki, Yaponiya yaxın vaxtlarda KXDR raketinin buraxılması ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Qeyd edək ki, Şimali Koreya ilk kəşfiyyat peykini daşıdığı ehtimal edilən raket buraxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.