
Avqustun 24-də axşam saatlarında Xaçmaz rayonunda restoranların birində 2003-cü il təvəllüdlü Z.Bəşirovaya kəsici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan “AVESTA.AZ”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının tanışı 1996-ci il təvəllüdlü Muxtarov Sakit Muxtar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.