26-08-2023, 19:49 515

Güneyli fəal:

“Dünya ictimaiyyəti Urmuya gölünün qurudulma təhlükəsinə biganə qalmamalıdır”.

Bunu “AVESTA.AZ”un Ankara bürosuna açıqlamasında Almaniyada yaşayan Güney Azərbaycandan olan fəal, Berlində Azərbaycan Mədəniyyət və Ədədbiyyat Evinin müdiri, yazar Şərifə Cafəri bildirib.

Ş.Cafəri deyib ki, İranda Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən Urmiya gölü duzluluq dərəcəsinə görə dünyada üçüncü yeri tutur və dünya ekosistemində əhəmiyyətli yerə malikdir.

Yazarın sözlərinə görə, 20 ildir İran dövlətinə gölün qurudulmaması üçün müxtəlif təkliflər verilsə də, bunlar baxılmamış qalıb:

“İranın ətraf mühit və kənd təsərrüfatı nazirləri də etiraf etdilər ki, gölün qurudulması təhlükəsinə qarşı müvafiq tədbirlər görülməlidir. Amma fikirlərindən belə aydın oldu ki, dövlətin hüquq-mühafizə orqanlarının razılığı olmadan hökumət bu tədbirləri həyata keçirə bilməz. Suyun süni vasitələrlə sürətlə buxarlanmasına şərait yardılması, ərazidə şəkər-qənd zavodunun tikilməsi də göldən su çəkilməsi məqsədi daşıyırdı. Çünki şəkər plantasiyaları çoxlu su tələb edir. Gölün içərisində qaynayan bulaqların gözünün tutulması da məqsədli şəkildə edilib. Bunu rəsmi mənbələr də təsdiq etdilər. Vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin məsulu olan İsa Kələntəri, ətraf mühit üzrə rəsmi şəxs olan Məsumə İbtikar da faktlarla mətbuatda çıxış etdilər".

Soydaşımız qeyd edib ki, gölün qurumaması üçün təcili tədbirlərin görülməsi vacibdir: "Gölə 50-dən çox sədd çəkilib. Bu sədlərin qarşısı açılsa, qurudulma təhlükəsi aradan qalxar”.

Yazar onu da vurğulayıb ki, əsasən Güney Azərbaycan əhalisinin məskunlaşdığı, Urmiya şəhərinin yaxınlığında yerləşən bu ərazinin səhralaşdırılması əhalinin məcburi miqrasiyasına səbəb olacaq ki, bundan da ən çox Azərbaycan türkləri ziyan çəkəcək: “Dinc aksiyalar keçirən qadınlarımız İranda həbslərə, təzyiqlərə məruz qalıb. Ona görə də ekosistemə həssaslıqla yanaşan bütün dünya ictimaiyyətini, Türkiyə və Azərbaycandan olan soydaşlarımızı bu mübarizəmizdə bizə dəstək verməyə çağırırıq”.

Ş.Cafəri əlavə edib ki, turizm baxımından əsrarəngiz bir ərazinin quruması radiasiya mənbəyinə çevrilir:

"13 milyard tondan çox duzu olan gölün sahəsi 5822 kvadrat kilometrdir. Bu gölün səhralığa çevrilməsi duz fırtınasına səbəb ola bilər ki, nəticədə orada insan və digər canlılar yaşaya bilməz”.

Qeyd edək ki, bu gün Ankarada Azaflı Sosial Yardım və Kültür Dərnəyinin ofisində Güney Azərbaycan Kültür Mərkəzi və Güney Azərbaycanlı soydaşlarımızın bu məsələ ilə bağlı mübarizəsini Türkiyə ictimaiyyətinə çatdırmaq məqsədilə “Urmiya gölü qurumasın” adlı mətbuat konfransı keçirilib. Tədbirdə Güney Azərbaycandan olan jurnalist, yazar Məsud Haray bildirib ki, həftədə 4 kilometr sürətlə artan zəhərli duzlaşma 60 kilometrlikdə yerləşən Türkiyə, eləcə də Azərbaycan (Naxçıvan), Ermənistan, Suriya, İraq üçün də təhlükədir.

Tədbirdə gölün hazırkı vəziyyətini, ətrafda yaşayan azərbaycanlıların ağır güzəranını əks etdirən videomaterial nümayiş edilib.

Eyni adlı tədbir ötən gün İzmirdə də baş tutub, avqustun 26-da isə İstanbulda keçiriləcək.

Paylaş

Xəbər lenti

Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR