28-08-2023, 21:55 521

IMF Qafqaz və Mərkəzi Asiyada inflyasiyanın qarşısının alınması yollarını açıqlayıb

Qafqaz və Mərkəzi Asiya (CCA) ölkələrində uçot dərəcəsinin 1 faiz bəndi artırılması birinci ildə inflyasiyanın 0,5 faiz bəndi azalması ilə nəticələnir.

“AVESTA.AZ” Beynəlxalq Valyuta Fondunun (IMF) araşdırmasına istinadən xəbər verir ki, region ölkələrinin inflyasiya təzyiqlərinin qarşısını almaq və inflyasiya gözləntilərini dəstəkləmək bacarığı onların pul-kredit siyasətinin etibarlılığından və effektivliyindən asılıdır.

“Ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra CCA regionu ölkələri pul-kredit siyasətlərinin modernləşdirilməsində mühüm irəliləyişlər əldə ediblər. CCA mərkəzi bankları qanunvericilik bazalarını gücləndirib və de-yure geniş müstəqillik müəyyənləşdiriblər. Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan inflyasiya hədəfləmə rejiminə keçirlər. Azərbaycan, Tacikistan və Türkmənistanın mərkəzi bankları isə əməliyyat hədəf göstərəcisi kimi valyuta məzənnəsinə güvənirlər. Bununla belə, COVID-19-dan sonra inflyasiyadakı sıçrayış mövcud əsasların məhdudiyyətlərini üzə çıxarıb və CCA ölkələrində pul-kredit siyasətinin effektivliyinin artırılması zərurəti barədə yeni siyasi müzakirələrə səbəb olub”, - araşdırmada deyilir.

IMF iqtisadçılarının fikrincə, qiymət sabitliyi pul-kredit siyasətinin əsas məqsədi olmalıdır (ən azı ortamüddətli perspektivdə). Əksər mərkəzi banklar qiymət sabitliyini əsas məqsəd kimi qəbul edirlər və pul-kredit siyasətinin ortamüddətli real dəyişikliklərə təsir etmək imkanının məhdud olduğunu danmırlar.

“Türkmənistan sabit məzənnə rejiminə malik yeganə ölkədir, lakin kapitala nəzarət pul-kredit siyasətində müəyyən sərbəstlik təmin edir. Azərbaycanda valyuta məzənnəsi de-yure sərbəst üzəndir, lakin de-fakto ABŞ dolları qarşısında sabitləşib”, - araşdırma müəllifləri qeyd edirlər.

Onların fikrincə, CCA-nın bəzi mərkəzi banklarının çevik, bazara əsaslanan məzənnə ilə dəstəklənən inflyasiya hədəfləmə rejimləri altında müəyyən inflyasiya səviyyəsinə nail olmaq mandatı var. Məsələn, 2000-ci illərin ortalarından etibarən Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və ən son Özbəkistan inflyasiya hədəfləmə rejimlərinə keçib.

Regionda aparılan təhlilə əsasən, məzənnənin 1 faiz bəndi artımı ilk ildə inflyasiyanın 0,3 faiz bəndi azalması ilə nəticələnir.

IMF faiz dərəcələrinin dəyişməsinin iqtisadiyyata təsirini məhdudlaşdırmaqla pul-kredit siyasətinin effektivliyini azaldan struktur amillərini sadalayıb. Onların arasında region ölkələrində pul-kredit siyasətinin faiz dərəcələrinə, bank kreditləşməsinə, aktivlərin dəyərlərinə, balans hesabatlarına və inflyasiya gözləntilərinə təsirini zəiflədən dayaz maliyyə bazarları var. Digər amil isə faiz dərəcəsinin dəyişməsinin bəzi təsirlərini kompensasiya edə bilən məzənnənin idarə edilməsindən və valyuta intervensiyalarından daimi asılılıqdır. Təsir göstərən digər amil son on ildə tədricən azalmasına baxmayaraq, ABŞ dollarının iqtisadiyyatda hələ də yükəsk istifadə göstəricisi və ya dollarlaşmadır.

Bundan əlavə, IMF region üçün üç əsas prioritet müəyyən edib. Birincisi, Fondun iqtisadçıları mərkəzi bankların əməliyyat müstəqilliyinin genişləndirilməsini təklif edirlər. Hökumətin mərkəzi bankların qərarlarına və əməliyyatlarına təsiri onların inflyasiyanın qarşısını almaq üçün lazımi tədbirlər görməsini çətinləşdirə bilər. Konkret prioritetlərə vergi-büdcə siyasətinin deflyasiyanı dəstəkləməsini, mərkəzi bankın idarə heyəti üzvlərinin əksəriyyətinin qərar vermək öhdəliyinin olmamasını təmin etmək, eləcə də mərkəzi banklar tərəfindən subsidiyalaşdırılmış kreditləşmənin və digər büdcədənkənar dövlət xərcləri üzrə mandatların ləğvi daxildir.

İkincisi, xarici şokların təsirini azaltmaq və pul-kredit siyasətini daxili ehtiyaclara yönəltməyə kömək etmək üçün daha çox məzənnə çevikliyi təklif edilir. Bu, yalnız həddindən artıq məzənnə dəyişkənliyini aradan qaldırmaq və valyuta alışı və satışının bərabər balansını təmin etmək üçün valyuta müdaxilələrinin məhdudlaşdırılmasını tələb edir.

Üçüncüsü, əlaqələrin və şəffaflığın gücləndirilməsi yolu ilə mərkəzi bankın etimadının artırılması zəruridir. Mərkəzi bankların şəffaflaşdırılmasında son irəliləyişlərə baxmayaraq, aydın kommunikasiya çətin olaraq qalır. CCA ölkələrinin mərkəzi bankları qərarlarının siyasi məqsədlərə çatmağa necə kömək etdiyini izah etmək üçün aydın və uzaqgörən yanaşma işləyib hazırlamaq səylərini davam etdirməlidirlər.

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR