25-07-2022, 14:42 1265

İlham Əliyev yeni icra başçılarına tapşırıqlar verdi

"Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz".

Avesta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

"Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir", - İlham Əliyev vurğulayıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, son illərdə bir çox işlər görülüb:

"Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim. Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər biz Göygöl gölünü də ictimaiyyət üçün açdıq. Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir".

Paylaş

Xəbər lenti

Yusif Axundov və Şaban Cəərçiyevə yüksək vəzifə verildi Bu gün, 13:49 AFFA "Neftçi" klubunu cərimələdi - MƏBLƏĞ Bu gün, 13:48 İstanbulda metroda kiçik partlayışlar oldu - Vətəndaşlar təxliyə edildi Bu gün, 13:48 İspaniyada sürət qatarında yanğın: 300 sərnişin təxliyə edildi Bu gün, 13:48 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir? Bu gün, 13:48 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü... Bu gün, 13:48 Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri döndü - SƏBƏB... Bu gün, 13:48 İdman zalından çıxan Cennifer Lopez paparazzilərin obyektivində... Bu gün, 13:48 Qusarda qonşusunu telefonla çəkən qadını döyən şəxsə 260 saat cəza verildi Bu gün, 13:48 Təyyarədə taxtabiti aşkarlanıb - reys LƏĞV EDİLDİ Bu gün, 13:48 Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Bu gün, 12:48 Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir Bu gün, 12:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı Bu gün, 12:48 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir Bu gün, 12:48 Azərbaycanda bu ilin son iki ayında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub Bu gün, 12:48 23 illik təcrübə, peşəkar təmizlik: "Təmiz Xalı" Fabriki Bu gün, 12:48 Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək Bu gün, 12:48 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir Bu gün, 12:48 Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram Bu gün, 12:48 Bakıda qadının bıçaqlanmasının təfərrüatı: Əsəb xəstəsi olan oğluna mane olmaq istəyirdi Bu gün, 12:48 Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar Bu gün, 12:48 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 12:48 Azərbaycanlı tarzən vəfat etdi Bu gün, 11:48 Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub Bu gün, 11:48 Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq Bu gün, 11:48 "Roşka"ya hökm oxundu Bu gün, 11:48 "Survivor 2027"nin FANTASTİK UDUŞ MƏBLƏĞİ AÇIQLANDI Bu gün, 11:48 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu Bu gün, 11:48 Bu il 3148 abituriyent 600-dən yüksək bal toplayıb Bu gün, 11:48 İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Serebral iflicdən əziyyət çəkən aktyor 34 yaşında vəfaf etdi Bu gün, 11:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib Bu gün, 11:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər Bu gün, 11:48 Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək Bu gün, 11:48 İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi Bu gün, 11:48 Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir Bu gün, 11:48 Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib Bu gün, 11:48 "Azeri Light" neftinin qiyməti 131 dolları ötüb Bu gün, 10:48 Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda motosiklet və skuter sürücülərinin törətdiyi qəzadan GÖRÜNTÜLƏR Bu gün, 10:48 AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb Bu gün, 10:48 Qara dənizdə PUA hücumuna məruz qalan gəminin heyətində 8 azərbaycanlı olub Bu gün, 10:48 NATO nümayəndələri Heydər Əliyev Mərkəzi və Zəfər Muzeyini ziyarət ediblər Bu gün, 10:48 Aşıq Zülfiyyə: "Bütün ailələrə gəlinim kimi gəlin qismət olsun" Bu gün, 10:48 İki prokurorluq əməkdaşı hakim təyin edildi Bu gün, 10:48 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR