30-08-2023, 18:54 509

Bir qrup xarici QHT beynəlxalq ictimaiyyəti itkin düşmüş azərbaycanlılarla bağlı səyləri artırmağa çağırıb

Bir qrup xarici qeyri hökumət təşkilatı (QHT) beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların tapılması üçün səyləri artırmağa çağırıb.

"Report" xəbər verir ki, bununla bağlı QHT-lərin birgə bəyanatında deyilir:

"Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanat verərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edirik.

Yaranmış vəziyyət itkin düşmüş şəxslər probleminin həlli və onların ailələrinə yardımın göstərilməsi üçün beynəlxalq səylərə təcili ehtiyac olduğunu nümayiş etdirir.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü nəticəsində birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 azərbaycanlı rəsmi olaraq itkin kimi qeydə alınıb. Onların 3171-i hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub. Təəssüflər olsun ki, mülki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub.

İçərisində 29 nəfər uşaq, 98 nəfər qadın və 112 nəfər ahıl olmaqla, itkinlərin 872 nəfəri ya girov götürülüb, ya da xəstə və ahıl olduqları üçün ərazini tərk edə bilməyiblər. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb.

Bundan başqa, İkinci Qarabağ Müharibəsi zamanı 6 nəfər azərbaycanlı itkin düşüb, onların harada olması və taleyi ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur.

Beynəlxalq humanitar hüquq (BHH) silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə diqqət çəkir və 1949-cu il qəbul edilmiş Cenevrə Konvensiyaları belə vəziyyət üçün xüsusi tələblər və müdafiə vasitələri müəyyən edir. Beynəlxalq humanitar hüququn tələblərinə görə, münaqişə tərəfləri itkin düşmüş şəxsləri axtarmağa və onların sayını müəyyənləşdirməyə borcludurlar. Bura həm münaqişə zamanı əlaqə kəsilmiş döyüşçülər, həm də ailələrindən ayrılmış mülki şəxslər daxildir. Tərəflərdən tələb olunur ki, itkinlər haqqında məlumat toplamasınlar və təqdim etsinlər, əsir və girovlarla ailələri arasında ünsiyyəti asanlaşdırsınlar. Onlar həmçinin ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsini təşkil etməli və onların ailələrinə məlumat verməlidirlər. İtkin düşmüş şəxslərin ailələri öz yaxınlarının taleyini və harada olduğunu bilmək hüququna malikdirlər.

Ermənistan itkin düşmüş şəxslərin şəxsiyyətini müəyyənləşdirməkdən və ailələrinə məlumat verməkdən yayınır və israrla bundan imtina edir. Ermənistan 30 ildir itkin düşənlərin taleyinin müəyyən edilməsi məsələsindən yayınır.

1949-cu il Cenevrə Konvensiyalarına əsasən, əsirləri saxlayan qurum həlak olmuş hərbi əsirlər haqqında məlumatların qeydə alınmasını və bu əsirlərin mənsub olduğu quruma ötürülməsini təmin etməlidir. Əsirləri saxlayan qurum, həmçinin köçürülən, azad edilən və ya qaçan hərbi əsirlər haqqında informasiyanı təqdim etməlidir. Cenevrə Konvensiyaları silahlı münaqişələrdən zərər çəkmiş şəxslərin, o cümlədən itkin düşmüş şəxslərin hüquqlarını və ləyaqətinin qorunmasının vacibliyini vurğulayır, onların ailələrinin çəkdiyi iztirabları yüngülləşdirməyi hədəfləyir.

İtkin düşmüş azərbaycanlılarla bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq humanitar hüququ və yuxarıda qeyd olunan Cenevrə Konvensiyalarını, insan hüquqlarını, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin itkinlərin taleyi ilə bağlı məlumat almaq hüquqlarını kobud şəkildə pozur. 30 ildən çoxdur ki, Azərbaycanda itkin düşmüş şəxslərin ailələri Ermənistan tərəfindən bu fundamental hüquqdan məhrum edilib.

“Qarabağ İtkin Ailələri” İctimai birliyinin araşdırmaları göstərir ki, Birinci Qarabağ müharibəsi zamanı 61 ailənin hər birinin 2-7 ailə üzvü itkin düşüb, lakin onların heç birinin taleyi hələ də məlum deyil. Bu ağır vəziyyət nəinki itkin düşmüş azərbaycanlıların ailələrinə dərindən təsir edir, həm də bəşəriyyət üçün utancvericidir.

Son illər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən ciddi səylər göstərilib. Bu təşəbbüslər nəticəsində ailələrdən bioloji nümunələrin toplanması, DNT profillərinin çıxarılması və azad edilmiş ərazilərdə qazıntıların aparılması təşkil edilib ki, bu da ailələrə ümid hissi aşılayır. Buna baxmayaraq, bir müddət öncə 9 kütləvi məzarın üzə çıxması bizi dərindən kədərləndirir.

Bu kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i isə Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlıq müəyyən edilib və bu istiqamətdə araşdırmalara başlanılıb.

İnsanların qeyri-insani şəraitdə, sistematik şəkildə öldürülməsi və bu cür basdırılması onların izlərini silməklə bərabər, bütün insanlıq dəyərlərinə hörmətsizlik deməkdir və ağılasığmaz vəhşiliyin sübutudur.

İtkin düşmüş şəxslərin problemi qlobal problemdir. Bu, ümumbəşəri miqyasda rezonans doğuran, dünyanın müxtəlif regionlarına və ölkələrinə təsir edən problemdir. Silahlı münaqişələr və ya digər hallar səbəbindən insanların itkin düşməsi fenomeni bu aktual narahatlığı aradan qaldırmaq üçün xalqların və beynəlxalq təşkilatların birgə məsuliyyətini vurğulayır.

İtkin düşmüş şəxslərin problemini həll etmək səyləri onların tapılması və müəyyən edilməsi, ailələrinə dəstək verilməsi, insan hüquqları, ləyaqət prinsiplərinin müdafiəsi məqsədilə əməkdaşlığı, hüquqi çərçivələr müəyyən etməyi və humanitar təşəbbüslərin həyata keçirilməsini tələb edir.

Biz Ermənistanı Birinci Qarabağ müharibəsi zamanı işgəncə düşərgələrində işgəncələrə, qeyri-insani rəftara və ölümə məruz qalmış 4000 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıqların coğrafi koordinatlarını verməyə çağırırıq.

Biz BQXK-nı itkin düşmüş azərbaycanlıların taleyini və harada olduqlarını aydınlaşdırmaq üçün səyləri artırmağa və bu məqsədlə Ermənistanla dialoqa getməyə çağırırıq.

Biz İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanı (ICMP) 1-ci və 2-ci Qarabağ müharibələri zamanı itkin düşmüş azərbaycanlıların müəyyən edilməsinə və onların taleyi ilə bağlı məlumatların əldə edilməsinə diqqəti artırmağa çağırırıq.

Biz beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanı itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamağa, kütləvi məzarlıqların yerlərini təqdim etməyə çağırsın.

Biz BMT-yə müraciət edirik ki, BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi Məruzəçisi institutu yaradılsın və Məruzəçi bu qlobal problemi, hələ də sonrakı taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həllinə töhfə versin".

İmzalar:

  1. Ayşa Hafizoviç Hadcimeşiç, “Srebrenitsa anaları və Jepa Anklavı” İctimai Birliyi, Bosniya və Herseqovina;
  2. Petsi Stillo, “Sağlamlıq Tərəfdaşları”, ABŞ;
  3. Eliud Emeri, “Keniya Öt Kökləri Təşkilatlarının Konsorsiumu”, Keniya;
  4. Adv Məhəmməd Buks, “Sukaar Rifah Təşkilatı”, Pakistan;
  5. Piter Oviti, “WOTE” Gənclərin Layihələrinin İnkişafı Təşkilatı, Keniya;
  6. Risikat Abimbola Akevula, “Nigeriya Ekoloji Cəmiyyəti”, Nigeriya;
  7. Mohmad Hüseyn Loun, “İnsan Hüquqları üzrə Beynəlxalq Komissiya”, Hindistan;
  8. Lindokule Sibiya, “Gənclər və Qadınlar Dəyişikliklər üçün Təşkilatı”, Esvatini;
  9. Ridhivani Sadiqi, “Keniyanın inkişafı üzrə Vətəndaş Şəbəkəsi”, Keniya;
  10. Hote Kasonqo İlunqa, ““Biso” İnsanlar”, Konqo Demokratik Respublikası.
Paylaş

Xəbər lenti

"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib Bu gün, 18:48 Bu tarixdən yağıntılar kəsiləcək, temperatur yüksələcək - AÇIQLAMA Bu gün, 18:48 İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir Bu gün, 18:48 İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 18:48 Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq Bu gün, 18:48 Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb Bu gün, 17:48 2 100 abonentin qazı kəsiləcək Bu gün, 17:48 ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq? Bu gün, 17:48 Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib Bu gün, 17:48 Naxçıvanda bir sıra çaylardan sel keçib Bu gün, 17:48 Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı! Bu gün, 17:48 Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib Bu gün, 17:48 Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb Bu gün, 17:48 Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Bu gün, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Bu gün, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Bu gün, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Bu gün, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Bu gün, 16:48 Bakının bir hissəsində qaz kəsilib Bu gün, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Bu gün, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Bu gün, 15:48 Moskvaya qar yağacaq Bu gün, 15:48 Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib Bu gün, 15:48 TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı Bu gün, 14:48 "Mübarək" şadlıq sarayında yanğın olub Bu gün, 14:48 Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI Bu gün, 14:48 Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI Bu gün, 14:48 Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 14:48 Abituriyentlər daha çox 1-ci ixtisas qrupuna müraciət edirlər Bu gün, 14:48 Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ Bu gün, 14:48 Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq Bu gün, 14:48 "İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48 Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi Bu gün, 13:48 Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb Bu gün, 13:48 Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu Bu gün, 13:48 Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib Bu gün, 13:48 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi Bu gün, 13:48 Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb Bu gün, 13:48 16 sahibkara "Startap" şəhadətnaməsi verilib Bu gün, 13:48 Polis SÜRÜCÜLƏRƏ müraciət etdi Bu gün, 12:48 "Barselona"nı "Çempionlar Liqasından edən futbolçu indi bu kluba keçmək istəyir Bu gün, 12:48 "Moyka"dan "Range Rover" qaçırıldı Bu gün, 12:48 ABŞ-də UNO tədqiqatçısının müəmmalı ölümü ilə bağlı məlumat yayılıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR