
Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub.
Nəticədə rayonun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəllüdlü Elnur Samit oğlu Əmirli dünyasını dəyişib.
Xəsarət alanların isə şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.