2-09-2023, 14:38 593

Paşinyanın “qələt eləmişəm” mesajı və sülhdən imtinası - havadarları Ermənistanı səfalətə sürükləyir - ŞƏRH

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan tarixin arxivinə atılmaqda müəyyən rolu olduğu Qarabağdakı keçmiş qondarma rejimin “ildönümü” günü cəfəng və riyakarcasına səsləndirdiyi bəyanatı ilə hər kəsi təəccüb və heyrətləndirməyə müvəffəq olub. Qondarma mərasimlərə qatılan hökumət başçısı söylədiyi fikirlərlə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı olmadığını bir daha təsdiqlədi.

Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bir daha dünyaya bəyan etmiş oldu. Qarabağın Azərbaycan torpağı olduğunu bir neçə dəfə dilə gətirməklə hər kəsi heyrətə salan N.Paşinyan yenə də hər kəsi həmin vəziyyətə salıb. Bununla da, xalqının “layiqli” nümayəndəsi olduğunu, onlardan heç nə ilə fərqlənmədiyini təsdiqləyib.

Eyni zamanda, özünün qeyri-sabit və yalançı bir hökumət başçısı olduğunu dünyaya nümayiş etdirdi. O, çıxışında bildirib ki, “Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər, Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır”.

İkinci Qarabağ müharibəsində imza atdığı kapitulyasiya aktından sonrakı durumunu unudan Nikol indi tamam başqa aurada olduğunu göstərmək istəyir. O, Fransa və digər havadarlarının dəstəyinə arxayın olaraq əvvəlki mövqeyindən imtina edib. Bununla da, 30 illik işğalçılıq dövründə dünyada heç bir ölkənin, heç bir qurumun, o cümlədən də Ermənistanın özünün ərazi vahidi kimi tanımadığı qondarma "DQR" haqqında bütün iddiaların üzərindən birdəfəlik xətt çəkilib.

Hökumət başçısını buna vadar edənlər anlamırlar ki, Ermənistanın və erməni lobbisinin Azərbaycan əraziləri hesabına ikinci erməni dövləti yaratmaq planı tam iflasa uğrayıb. Hazırda Rusiya sülhməramlılarının olduğu ərazidə əvvəlki qondarma rejimin tör-töküntüləri qalıb və onların da orada son günlərini yaşadığı heç bir şübhə doğurmur. Son günlər bölgəni tərk edən ermənilərin sayı da bunu deməyə əsas verir. Çox güman ki, N.Paşinyan bu köçün qarşısını almaq üçün belə bəyanat səsləndirib. Eləcə də, Rusiya rəhbərliyinin dəfələrlə ona istinadən Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləməsinə də cavab vermək istəyib. Yəni, N.Paşinyan demək istəyib ki, “mən qələt edib o sözü demişəm, indi bu bəyanatıma diqqət yetirin”.

Ermənistanın baş nazir yəqin unudur ki, bu üç il ərzində çox şey dəyişib və yeni havadarının dəstəyi ilə nəyəsə ümid edə bilməz.

N.Paşinyan və havadarları yaddan çıxarmasın ki, Azərbaycan Ermənistanın işğalı dövründə birmənalı şəkildə bəyan etmişdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına, “boz” zonanın mövcudluğuna heç bir halda imkan verməyəcək. Ermənilərin əvvəllər mövcud reallıqdan çıxış edib öz mənfur planlarını reallaşdırmağa çalışması hardasa başa düşülsə də, müharibədən sonrakı yeni reallıqlar kontekstində belə bir halın praktiki cəhətdən mümkün olmadığı artıq hamıya birmənalı şəkildə yaydındır.

Beləliklə, N.Paşinyanın bəyanatı onu deməyə əsas verir ki, artıq danışıqlar prosesinin sonudur. Aydın göründü ki, Ermənistan baş nazirinin guya Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dedikləri cəfəngiyyatdan və baş aldatmağa çalışmaqdan başqa bir şey deyil. N.Paşinyan öz simasını və əsl niyyətini bir daha açıq nümayiş etdirdi. Ötən gün Azərbaycan-Ermənistan sərhədində erməni təxribatın da elə-belə baş vermədiyi aydın olur. Sərhəddə təxribat törətməklə beynəlxalq aləmin diqqətini bura cəlb etmək hədəf kimi qarşıya məqsəd qoyulub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri düşməni geri çəkilməyə vadar edib. Müharibədən sonra ümid var idi ki, Nikol “ən ağıllı erməni kimi” xalqını bataqlıq girdabından xilas edəcək, sülh danışıqlarına doğru addımlayacaq. Son vaxtlara kimi buna da inam var idi.

Hökumət başçısı özünü və komandasını sülhsevər və təşəbbüskar kimi təqdim etməyə cəhd göstərirdi. Onun sonuncu bəyanatı ilə saxtakarlığı üzə çıxdı. Ermənistanın baş nazirinin məhz bu gün Qarabağ iddialarından birdəfəlik əl çəkəcəyi gözlənilirdi. Lakin görünür, o, reallığı qiymətləndirmək istəməyib. N.Paşinyan beynəlxalq havadarlarının dəstəyinə ümid edib, ancaq anlamır ki, bu proseslər tarixdə tək və yeganə erməni dövlətinin sonunu daha da yaxınlaşdırmış olur.

Yeganə dəstəyi olan Fransaya ümid edib belə bir cəfəngiyyatlar səsləndirməklə qeyri-ciddi, qorxaq siyasətçi olduğunu bir daha nümayiş etdirmiş olub. Ermənistan hakimiyyəti və havadarları anlamalıdır ki, bölgədə yaranmış yeni reallıqlar fonunda İrəvanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir. Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR