
Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov ölkənin işğal altında olan ərazilərinin hər qarışının geri qaytarılması üçün əlindən gələni edəcəyinə söz verib.
"Report"un məlumatına görə, bu barədə o, sosial şəbəkələrdə yazıb.
“Ukraynanın qələbəsi, ölkəmizin hər qarışının azad edilməsi üçün mümkün və qeyri-mümkün olan hər şeyi edəcəyəm”, - o bildirib.
Ukrayna Ali Radası Rüstəm Umerovu yeni müdafiə naziri təyin edib.
"Report" xəbər verir ki, bu barədə “RBC-Ukraina” deputat Yaroslav Jeleznyaka istinadən məlumat yayıb.
Bu qərarı 338 deputat dəstəkləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.