
“Keçən il Rusiya dünyanın ikinci ən güclü ordusuna sahib idi. Ancaq indi Rusiya qoşunları Ukraynada ikinci ən güclü ordudur”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Xarici Əlaqələr, Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin Brüsseldə keçirilən iclasında çıxışı zamanı deyib.
O, Ukraynanın əks-hücum əməliyyatı haqqında danışarkən bildirib ki, Ukrayna getdikcə irəliləyir və yeni mövqelər qazanır:
“Ukraynalılar getdikcə mövqe qazanırlar, onlar Rusiya qüvvələrinin müdafiə xəttini yara biliblər və irəliləyirlər”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.