
Saatlı rayonunda ana və qızı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.
"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ağayeva Səma Zabil qızı və onun övladı 2015-ci il təvəllüdlü M.Ağayeva yaralanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.