Meksikanın şimalında yerləşən Tamaulipas ştatının Syudad-Madero ərazisində kilsənin damının uçması nəticəsində azı 9 nəfər ölüb, 40 nəfər yaralanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Regional Təhlükəsizlik Nazirliyinin “X” sosial şəbəkəsində məlumat yayılıb.
Qeyd edilib ki, hadisə binanın konstruksiyasındakı problemlərlə bağlı ola bilər. Kilsədə insident baş verən zaman neçə nəfərin olduğu haqqında məlumat yoxdur.
Meksikanın şimalında yerləşən Tamaulipas ştatının Syudad-Madero ərazisində kilsənin damının uçması nəticəsində azı 7 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli “Sintesis” qəzeti məlumat yayıb.
Bildirilib ki, kilsədə olan 30-40 nəfər dağıntılar altında qala bilər.
Yaralıların dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər cəlb edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.