6-10-2023, 12:00 509

“Royal Collection” - Burada Şərq Avropa, ənənələr isə müasirliklə kəsişir, tarixi hadisə və rəvayətlər nəsildən-nəslə ötürülür

28 sentyabr 2023-cü il tarixində 28 may küçəsindəki 4 nömrəli evdə yeni dizayn və arxitektur həll variantları ilə seçilən “Royal Collection” butiki açıldı.

Açılış gecəsinə toplaşan qonaqlar tarixin səhifələrini vərəqləyərək keçmişə - uzun illər əvvələ interaktiv səyahətə çıxdılar.

28 may küçəsi öz unikallığı ilə seçilir, belə ki, burada baş verən tarixi hadisələr Bakı şəhərinin salnaməsini formalaşdırıb - ilk vağzal, ilk telefon köşkləri və...şəhərdə “Royal Collection” adlı ilk zərgərlik butiki. Bu butikin kolleksiyasına daxil olan əşyalar hər zaman maraq kəsb edən zinət əşyaları və nəsilləri birləşdirən məmulatlardır.

“Royal Collection” butiki tarixi binalardan birində - əkiz evlərdə yerləşir. Bu evləri inşa etdirmək qərarı memarlığı sevən və ondan ilham alan xeyriyyəçi və neft sənayeçisi Musa Nağıyevə məxsusdur. O, bir zamanlar yüz il yaşayaraq yüz ev tikdirəcəyinə söz vermişdi. Onun bu arzusunu məşhur polşalı memar və mülki mühəndis İosif Ploşko reallaşdırıb. İstedadlı memar o vaxtlar Telefonnaya adlandırılan 28 may küçəsindəki bu binaların konsepsiyasına Avropanın paytaxt şəhərlərində məşhur olan “Art Nouveau” (modern) üslubu ilə italyan və fransız qotikasının elementlərini birləşdirib. Beləliklə, Musa Nağıyev və İosif Ploşkonun perspektiv duyum və baxışları sayəsində Bakı şəhəri “Şərqin Parisi”nə çevrildi. 4 və 6 nömrəli mədaxil evlərində isə şəhərin ən zəngin sakinləri üçün cəlbedici mağazalar açıldı, komfortlu mənzillər tikildi.

Lakin sürətli dəyişikliklərə və müasir həll variantlarına baxmayaraq, nə 28 may küçəsi, nə onun binaları, nə də bu küçədə yerləşən butiklər öz cazibəsini itirməyib, əksinə, indinin özündə də şəhər sakinləri üçün vacib olan dəyərləri – çoxşahəlilik, davamlılıq və qonaqpərvərliyi tərənnüm edir.

Bakının yaradıcı insanları və tanınmış simaları heç vaxt yeni cərəyanlardan qorxmayıblar, əksinə, daim ənənələrə diqqət yetirərək onları mütərəqqi ideyalarla birləşdiriblər. Butikin yenilənməsi ilə braziliyalı memar Maurisio Keyroş (Maurício Queiroz) məşğul olub. Onun seçdiyi peşə memarın əsas amalını - əşyalara yeni həyat bəxş etmək istəyini reallaşdırmağa imkan verib. Beləliklə, Maurisio Keyroş “Royal Collection” butikinin timsalında 28 may küçəsindəki 4 nömrəli köhnə binaya yeni nəfəs verdi.

Butikdə keçmiş ilə çağdaş dövr arasında bağ sezilir, belə ki, onun memarlıq və dizaynında Azərbaycan mədəniyyətinin və gündəlik məişət həyatının ayrılmaz tərkib hissəsi olan xalçaçılıq sənətinə, eləcə də milli motiv, süjet və sənətkarlığa istinadlar görmək olar. “Royal Collection” butiki nəsillər arasındakı əlaqənin, habelə yeni-yeni təcrübələrlə zənginləşən irsin mücəssəməsidir.

Sentyabrın 28-də 4 nömrəli evin divarları arasında “Royal Collection” butikinin qonaqları altı ünvan – “28 may küçəsi”, “Əkiz evlər”, “Hədiyyə mağazası”, “Ev xəzinələri” “Şəbəkə sehri” və “Xatirələr kolleksiyası” boyu interaktiv səyahətə çıxdılar. Bu ünvanların hər birində onları vaxtilə bakılıların həyatının bir hissəsi olmuş obyektlərin “dilindən” bir-birindən maraqlı rəvayətlər gözləyirdi. İnteraktiv ekskursiya zamanı köhnə telefon vasitəsi ilə küçənin melodiyasına qulaq asmaq və qədim şəbəkə sənətinin sehrinə tamaşa etmək mümkün idi. Daha sonra qonaqlara usta Tofiq Rəsulovun rəhbərliyi altında rəngarəng ornamentli taxta fiqur hazırlamaq, bir vaxtlar Musa Nağıyev kimi qızıl talisman tutmaq və öz xatirələrini “Royal Collection” butikinin qonaq kitabına yazmaq imkanı yaradıldı.

Proqramın mühüm elementi isə gecənin musiqili müşayiəti idi. Bir neçə görkəmli və orijinal ifaçı qonaqların “Royal Collection” ilə görüşünə rəng qatdı. Onlar öz ifaları ilə gecənin əsas leytmotivini - nəsillər arasındaki əlaqəni ənənəvi səsin müasir interpretasiyası vasitəsi ilə dəstəkləmiş oldular. Səhnədə “Oud”, “Jiva” və “Milam” musiqi qrupları və tarzən İbrahim Babayev öz məharətlərini sərgilədilər. Proqramı isə orijinal vokalçı və unikal tembr sahibi Sevda Ələkbərzadə “Xəzərin səsi” mahnısı ilə tamamladı.

Butikdə təmsil olunan brendlər

“Messika”

“Pasquale Bruni”

“Roberto Coin”

“Leo Pizzo”

“Omega”

“Ulysse Nardin”

“Breitling”

“Tag Heuer”

“Perrelet”

“S.T. Dupont”

“Utopia”

“Breguet”

“Blancpain”

“Stephen Webster”

Ünvan

Bakı, Azərbaycan

28 may küçəsi, ev 4

Əlaqə nömrəsi:

(+99451) 201 92 91

(+99412) 493 40 84

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR