5-02-2022, 09:35 717

“Bizi Azərbaycana aparanda elə sevindik ki...” - Mingəçevirdəki alman əsirin HEKAYƏSİ –

“Moskvadan xəstə, ac-yalavac və üzgün vəziyyətdə qatara mindirildik. Gözümüzü açanda Ukraynada idik. Orada bizə Azərbaycana aparılacağımızı dedilər. Bu zaman sevincimizin həddi-hüdudu yox idi. Çünki bizi türklərin məmləkətinə aparırdılar”.

Bu fikirlər Böyük Vətən Müharibəsində əsir düşmüş almaniyalı hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında öz əksini tapıb. 

Villi Deş və yoldaşlarının sonrakı aqibətini sizlərə təqdim edirik:

“Biz Bakının yaxınlığında yerləşən “Nasosnu” adlanan vağzala çatanda aclıqdan güclə ayaq üstə dayanırdıq. Lakin sonradan anladıq ki, Ukraynada Azərbaycana yola düşmək xəbərini aldığımız zamankı sevincimiz əbəs yerə deyilmiş. Vağzalda olarkən türklər bizə kənardan çörək və siqaret atırdılar. Daha sonra bizi Mingəçevirə çalışmağa apardılar. Orada da yerli insanlardan çox səmimi münasibət və yardımlar gördük. Ağsaqqallar, qadınlar, hətta uşaqlar belə bizə yemək verir, mənəvi dayaq olurdular. Lakin Mingəçevirə gələnə qədər yoldaşlarımızın çoxu yoldaca dünyasını dəyişmişdi.

Əsərdə həmçinin Mingəçevir düşəgələrinə gətirilmiş əsirlərin sayı, onların yaşayış şəraiti və hansı işlərdə çalışdırıldıqları da öz əksini tapıb.

Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev Bizim.Media-ya açıqlamasında Villi Deşin sonrakı həyatı və Düşərgə gündəliyi kitabı ilə bağlı fikirlərini bölüşüb.

Nofər Məmmədəliyevin sözlərinə görə, 1948-ci ilə kimi Mingəçevir ərazisində gedən tikinti işlərinə 10 minə yaxın alman əsiri cəlb olunub. Onlar Mingəçevir su bəndi və su elektrik stansiyasının tikintisində mərhələli şəkildə çalışdırılıblar.

Lakin alman əsirlər haqqında bütün məlumatlar SSRİ hökuməti tərəfindən uzun müddət cəmiyyətdən gizli saxlanılıb.

“Villi Deş 1998-ci ildə əsir düşərgələrindən sağ çıxmağı bacarmış bir neçə düşərgə yoldaşı ilə birlikdə yenidən Mingəçevirə gəliblər. Villi Deş əsirlik həyatının əks olunduğu gündəliyi məhz o zaman muzeyimizə hədiyyə edib. Həmin vaxtı keçmiş əsirlər vaxtilə yaşadıqları və çalışdıqları əraziləri dolaşıb, onlara yardım etmiş yerli insanlarla görüşüb və şəhərdəki alman qəbristanlığını ziyarət ediblər”, - Nofər Məmmədəliyev bildirib.

Muzeyin direktorunun sözlərinə görə, alman əsirlər təkcə işçi qüvvəsi kimi deyil, eyni zamanda bacarıqlı mütəxəssis kimi Mingəçevir şəhərinin quruculuq işlərinə önəmli töhfələr veriblər. Ağır iş və baxımsızlıq səbəbindən həlak olan çoxsaylı alman əsirlər alman qəbristanlığı adlanan yerdə dəfn olunublar.

Orada, ümumilikdə, 827 məzar var. Lakin qəbirlərdən yalnız ikisinin üzərində qohumlarının araşdırması və təşəbbüsü nəticəsində kimlik və xatirə abidəsi qoyulub.   

"Mingəçevirdə istər bu məzarlığa, istərsə də muzeyimizdə sərgilənən Düşərgə gündəliyinə yerli və əcnəbi turistlərin böyük marağı var. Biz hər kəsi bacardığımız səviyyədə məlumatlandırırıq. Amma çox təəsüf ki, Villi Deşin Azərbaycan-Almaniya dostluğuna önəmli töfhə olan Düşərgə gündəliyinin muzeyimizdə dilimizə tərcümə olunmuş versiyası yoxdur. Mən deyərdim ki, bu gündəlik ideloji cəhətdən o qədər qiymətlidir ki, onun ingilis, fransız və başqa dillərə də tərcümə olunmasına böyük ehtiyac var. Çünki bu gündəlik xalqımızı tanımaq istəyənlər üçün stolüstü kitaba çevrilə bilər", - deyə müsahibimiz qeyd edib.

Tanınmış şair Borsunlu Məzahir Daşqın da bir müddət Mingəçevirdəki əsir düşərgəsində saxlanılıb və burada çoxsaylı şeirlər qələmə alıb. Şair sonradan Sibirə sürgün olunsa da, Səməd Vurğunun yardımları sayəsində vətənə qayıtmağı bacarıb.

Ehtiram Muradov, Bizim.Media 

 

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR