
Oktyabrın 11-də Astanada Sülh və Harmoniya Sarayında Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyası öz işinə başlayıb.
“Report”un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, iclasa Qazaxıstan Parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşımbayev sədrlik edir.
İclasda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edir.
M. Aşımbayev açılışda bildirib ki, bu iclas yaxşı ənənəyə çevrilib və indi beynəlxalq ictimaiyyət qurultayın təşəbbüslərinə xüsusi dəstək verir: “Bizim görüşlərimiz həmişə prinsiplər və etimad əsasında keçirilir. Hamınızı bu otaqda görməyə şadıq”.
Onun sözlərinə görə, bu dialoq müasir qlobal çağırışlar kontekstində xüsusilə vacibdir.
İclasda iştirak etmək üçün Astanaya 24 ölkədən 30-dan çox nümayəndə heyəti gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.