14-10-2023, 11:47 526

Prezident İlham Əliyev Şimali Kiprin Prezidentini qəbul edib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib.

Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti Türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir.

Ersin Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Paylaş

Xəbər lenti

ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir Bu gün, 20:48 Ukraynalı uşaqların yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirilib Bu gün, 20:48 ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub Bu gün, 20:48 Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular Bu gün, 20:48 Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur Bu gün, 19:48 Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu Bu gün, 19:48 Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Bu gün, 19:48 Şahin Bağırov: "Azərbaycanda voleybolun inkişafına tam əminəm" Bu gün, 19:48 Tailand gəmisi Hörmüz boğazını tərk edib Bu gün, 18:48 Tramp İrana sərt xəbərdarlıq etdi: "Razılaşma olmasa, infrastrukturu məhv edəcəyik" Bu gün, 18:48 Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? Bu gün, 18:48 İran raket və dron ehtiyatlarını sürətlə bərpa edir Bu gün, 18:48 Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birgə fotosu beynəlxalq ictimaiyyətə həmrəylik MESAJIDIR Bu gün, 17:48 Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb Bu gün, 17:48 Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır Bu gün, 17:48 Bakıda sürücülər arasında gərginlik qəza ilə nəticələndi Bu gün, 16:48 Hava kəskin dəyişir: Temperatur 8 dərəcəyədək enəcək, yağış və sel təhlükəsi var Bu gün, 16:48 Aleksandar Vuçiç İlham Əliyevə zəng edib Bu gün, 16:48 Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan Bu gün, 16:48 "Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz Bu gün, 16:48 Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib Bu gün, 16:48 Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək Bu gün, 16:48 Sürücülərin DİQQƏTİNƏ! Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ Bu gün, 15:48 Bakıda ikimərtəbəli evdə yanğın olub Bu gün, 15:48 Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub Bu gün, 15:48 DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb Bu gün, 15:48 Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 15:48 "Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? Bu gün, 15:48 Ağdamda minik avtomobili yanıb Bu gün, 14:48 Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var Bu gün, 14:48 Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı Bu gün, 14:48 Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb Bu gün, 14:48 Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib Bu gün, 13:48 "Kızılcık Şerbeti"nə yeni tanınmış aktyor gəlir Bu gün, 13:48 Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ Bu gün, 13:48 "Sabah" növbəti tur çempion ola bilər - "Qarabağ" üçün üçüncülük təhlükəsi Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib Bu gün, 12:48 Azərbaycanın bəzi rayonlarında yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? Bu gün, 12:48 Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır Bu gün, 12:48 Birol: Bəsrə-Ceyhan neft kəməri Hörmüz boğazına alternativ ola bilər Bu gün, 12:48 Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR Bu gün, 11:48 Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? Bu gün, 11:48 Xalq artisti: "Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi" Bu gün, 11:48 Samuxda əkin sahəsindən kişi meyiti tapılıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR