17-10-2023, 16:22 650

Bu biznes müsabiqəsi illik gəliri 20 milyon manatdan çox olan Azərbaycanın özəl şirkətlərinin tanınması üçün nəzərdə tutulub. “Best Managed Companies” layihəsi, Deloitte şirkətinin istənilən miqyasda özəl şirkətlər üçün xidmət göstərən xüsusi bölməsi olan "Deloitte Private" tərəfindən təqdim edilmiş ən qabaqcıl proqramdır. Proqramın Azərbaycanda sponsoru "Deloitte Private", "PAŞA Bank" ASC, tərəfdaşları ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziyadır.

"Deloitte Azərbaycan"ın İdarəedici Partnyoru Nuran Kərimov böyük məmnunluq hissi ilə bildirib ki, 30 il ərzində 46 ölkədə uğurla tanınan “Best Managed Companies” layihəsi Azərbaycanda artıq iki ildir keçirilir və müvəffəqiyyətlə üçüncü ilinə keçid alır. Burada əsas hədəfimiz Azərbaycanda sahibkarlığa dəstək olmaqdır. Bu biznes müsabiqəsində iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər yaradılır. Layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşır və praktiki tövsiyələr verirlər. Qalibləri Azərbaycanda peşəkarlığı ilə tanınmış üzvlərdən ibarət müstəqil hakimlər heyəti müəyyən edir. Biz ölkəmizin özəl sektorda olan şirkətlərini bu nüfuzlu yarışmada iştirak etməyə dəvət edirik.

“Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" bizneslərin dayanıqlı inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə daima dəstək verir. Belə layihələrin arasında “Best Managed Companies” platforması xüsusi rola malikdir. Bu layihə iqtisadiyyatın real sektorunun inkişafına əlavə stimuldur. Proqram biznes subyektlərinin korporativ idarəetmə, insan resurslarının idarə edilməsi, likvidliyin idarə olunması, kapitalın idarə edilməsi sahələrini təkmilləşdirmələrinə böyük töhfə verir. Bu birmənalı olaraq Azərbaycan iqtisadiyyatının sağlam inkişafına və sabitliyinə təsir edir. Bunu nəzərə alaraq, PAŞA Bank Deloitte şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın inkişafına dəstək verməyə davam edəcək,” - deyə, "PAŞA Bank"ın İdarə Heyətinin Sədri Cavid Quliyev vurğulayıb.

“Azerbaijan Best Managed Companies” müsabiqəsi Azərbaycanın özəl şirkətlərinin idarəetmə strukturunu qiymətləndirir və onların üstünlüyünü tanıdır. PAŞA Bankın dəstəyi ilə "Deloitte Azərbaycan"ın həyata keçirdiyi bu müsabiqə şirkətin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirir. Proqrama qatılan şirkətlər müsabiqədə qalib olmaq üçün ciddi seçim prosesindən keçməklə yarışacaqlar. Bu zaman həmin şirkətlərin rəhbərlərinin bacarıqları və təcrübəsi, həmçinin şirkətin strategiyası, insan kapitalının inkişafı, innovasiya, mədəniyyət və maliyyə göstəriciləri qiymətləndiriləcək. "PAŞA Bank"ın və "Deloitte Azərbaycan"ın sıx əməkdaşlığı nəticəsində 2021-ci ildən Azərbaycanda keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 5 şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif edilib. Bu şirkətlər iki il ardıcıl olaraq qalib olan METAK və "Veysəloğlu Şirkətlər Qrupu", 2022-ci il ildə ilk dəfə iştirak edərək qalib olan SƏBA və 2023-cü ildə ilk dəfə qalib olan "AVRORA Qrup" və NORM Sement şirkətləridir.

“Best Managed Companies” mükafat proqramının beynəlxalq tarixi.

“Best Managed Companies” mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, Cənub-Şərqi Asiya ölkələri, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.

Daha ətraflı məlumat üçün sayta keçid: Azərbaycanın Ən Yaxşı İdarə Edilən Şirkətləri (deloitte.com)

"Deloitte" haqqında

"Deloitte" adı "Deloitte Touche Tohmatsu Limited" şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL (“Deloitte Qlobal”) və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL müştərilərə xidmətlər göstərmir. Ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə, risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər göstərən aparıcı markalardandır. Artıq iyirmi ildən çox "Deloitte" Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda "Deloitte Bakı" ofisində 200 nəfərdən artıq işçi çalışır.

"PAŞA Bank" haqqında

2007-ci ildə yaradılmış “PAŞA Bank” Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir. "PAŞA Bank" investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Hal-hazırda kapital səviyyəsinə görə "PAŞA Bank" Azərbaycanın ən iri özəl maliyyə institutudur və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR