
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə yeni namizəd irəli sürülüb.
Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.
Respublikaçıların əksəriyyəti qapalı səsvermədən sonra bu vəzifəyə konqresmen Tom Emmerinin namizədliyini irəli sürüblər.
Emmer spiker seçilmək üçün Nümayəndələr Palatasının tam tərkibdə səsinin qazanmalıdır. Başqa sözlə, ona lazım olan 217 səsi əldə etmək üçün Konqresin aşağı palatasında respublikaçılar arasında partiyadaxili fikir ayrılığına qalib gəlməlidir.
Qeyd edək ki, Nümayəndələr Palatasının sədri postu ABŞ hökumət iyerarxiyasında üçüncü ən vacib vəzifədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.