
ABŞ-nin Suriyanın Həsəkə mühafəzəsinin Şəddadə şəhərindəki hərbi bazası dron hücumuna uğrayıb.
“Report” xəbər verir ki, bu barədə telekanalı bildirib.
Məlumata görə, İraq İslami Müqaviməti Cebs neft yatağının yaxınlığında yerləşən Amerika bazasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, bu gün telekanal ABŞ-nin hərbi bazasının atəşə tutulduğunu söyləmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.