30-10-2023, 13:23 1112

BTQ-nin icraçı direktoru: “XXI əsrdə müstəmləkəçiliyin təzahürlərinə reaksiyanın olmaması ikili standartdır” - MÜSAHİBƏ

Bakı Təşəbbüs Qrupu (BTQ) 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən, dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

BTQ-nin icraçı direktoru Abbas Abbasov “AVESTA.AZ”a müsahibəsində gələcək planlar, müstəmləkəçiliyə qarşı mübarizə, Bakı platformasının rolu və digər məsələlərdən danışıb.

– Yarandığı gündən Bakı Təşəbbüs Qrupu neokolonializmlə mübarizəyə həsr olunmuş bir sıra mühüm təşəbbüslər həyata keçirib. BTQ ilin sonuna kimi hansı layihələri həyata keçirməyi planlaşdırır?

- İlk növbədə, təşkilatımızın fəaliyyətinə göstərdiyiniz marağa görə sizə təşəkkür edirəm. Məlum olduğu kimi, BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Vurğuladığınız kimi, təşkilatımız qısa müddət ərzində müstəmləkəçilik və neokolonializmlə mübarizədə mühüm təşəbbüslər həyata keçirib. Cari il sentyabrın 22-də mənzil qərargahı Nyu-Yorkda olan BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda keçirilən konfrans, oktyabrın 20-də isə BTQ-nin təşkilatçılığı ilə Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı ikinci beynəlxalq konfrans buna nümunədir.

Təşkilatımızın iş planına uyğun olaraq, bu ilin sonuna qədər bir sıra tədbirlər keçirmək və müstəmləkəçilikdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən digər təşkilatlarla ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində işi davam etdirmək niyyətindəyik.

– Bildiyiniz kimi, gələn il Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçəcək. Bununla belə, qrupun icraçı direktoru kimi neokolonializmlə mübarizənin davam etdiriləcəyini bildirmisiniz. XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən, dünyanın müxtəlif regionlarında yaşayan xalqların azadlıq mübarizəsini dəstəkləyən Bakı platformasını necə qiymətləndirirsiniz?

- Bəli, BTQ mühüm məsələlərin müzakirəsi platformasına çevrilib. Bakı platforması hələ də müstəmləkəçilikdən əziyyət çəkən regionların nümayəndələrinə fəal dəstək verməkdə əsas rol oynayacaq. BTQ-nin Bakıda qərargahının açılışı zamanı biz ilk iclası keçirdik. Gündəliyə neokolonializm və müstəmləkəçiliyə qarşı mübarizədə növbəti addımlarımızın müzakirəsi daxil idi.

Hesab edirəm ki, təşkilatın yaradılması və Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi başa çatdıqdan sonra da müstəmləkəçiliyə qarşı mübarizənin davam etdirilməsi, eləcə də Prezident İlham Əliyevin “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” beynəlxalq konfransının iştirakçılarına müraciəti mübarizə aparan və indi də mübarizəsini davam etdirənlərə ölkəmizin güclü dəstəyinin göstəricisidir.

– BTQ-nin məqsədi təkcə Fransa müstəmləkəçiliyi ilə deyil, həm də müasir dünyada ümumən müstəmləkəçilik siyasəti ilə mübarizə aparmaqdır. Təşkilatınız müstəmləkəçilik və neokolonializmlə mübarizədə nüfuzlu dövlətlərdən dəstək almaq üçün gələcəkdə hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

- BTQ konkret ölkələrə və ya beynəlxalq təşkilatlara qarşı yönəlməyib. Təşkilatımız beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun olaraq müstəmləkəçilik və neokolonializmlə mübarizə aparmaq üçün yaradılıb. Biz nüfuzlu dövlətlərin dəstəyini axtarmırıq - fəaliyyətimiz müstəmləkəçiliyə qarşı nəzərdə tutulub. Biz XXI əsrdə müstəmləkəçiliyə qarşı mübarizə aparmağa hazır olan və müstəmləkəçilik əleyhinə səyləri dəstəkləyən dövlətlərlə əməkdaşlığa açığıq. Təşkilatımız belə ölkələrin dəstəyini alqışlayır.

– Sizcə, müstəmləkəçilik problemi nə üçün hələ də həll olunmur və onun XXI əsrdə yeni təzahürlərinə doğru artan meyillər nə ilə əlaqəlidir?

- Bilirsiniz, müstəmləkəçilik problemi və yeni müstəmləkəçiliyin tətbiqi bir neçə amillə bağlı davam edir.

Məsələn, Fransanın Yeni Kaledoniya və Fransız Polineziyasında geosiyasi maraqları ondan ibarətdir ki, Sakit okean regionunda mövcudluğunu təmin etsin. Fransanın ümumi ərazisi xaricdəki əraziləri daxil olmaqla 674.843 kvadrat kilometr, Avropadakı ərazisi isə 551.600 kvadrat kilometrdir. Sirr deyil ki, Fransa ümumi ərazisi və xarici ərazilərə nəzarəti baxımından dünyada ikinci ən böyük müstəmləkə imperiyasıdır.

Fransa və onun bu bölgələrdə mövcudluğu üçün digər mühüm amil müstəmləkə altında olan ərazilərin təbii sərvətləri və zənginliyidir. Bu bölgələrdə insan hüquqları, özünüifadə hüququ pozulur və yerli əhalinin faktiki olaraq deportasiyası həyata keçirilir. Neokolonializm tendensiyalarının mövcudluğu və hətta güclənməsi özünü demokratiya və insan hüquqlarının müdafiəsi tərəfdarı elan edən ölkələrin faktiki olaraq müstəmləkəçilik siyasəti yeritmələri ilə bağlıdır.

– Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda 14 ölkənin, eləcə də Korsika və Fransanın dənizaşırı ərazilərindən olan nümayəndələr Parisin keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxiləsindən və indiki müstəmləkələrində bu ölkənin insan hüquqlarını pozmasından danışıblar. Buna baxmayaraq, niyə bu dövlət ən demokratik dövlətlərdən biri kimi imicini qoruyub saxlayır?

- Açığı, sizinlə tam razı deyiləm. Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xarici regionların nümayəndələri ilə müzakirələr zamanı dəfələrlə vurğulanıb ki, rəsmi Paris yerli və xarici medianın köməyi ilə “ən demokratik” ölkə imicini qorumaq üçün fəal və səmərəli siyasət aparır.

Amma Fransanın bu obrazı indiki beynəlxalq siyasi arenanın reallıqlarına uyğun gəlmir. Bir çox siyasətçilər və ekspertlər Fransanın digər dövlətlərin daxili işlərinə kobud müdaxiləsi və hazırkı müstəmləkələrində insan hüquqlarının pozulmasına dair dəfələrlə fikir səsləndiriblər, bu barədə hələ də müzakirələr aparırlar.

– Necə düşünürsünüz, dünya birliyi antikolonializm hərəkatlarının azadlıq, təzminatın ödənilməsi və inkişaf kimi fundamental hüquqlara riayət olunması barədə səylərini dəstəkləmək çağırışlarına niyə cavab vermir?

- Bilirsiniz, bu, daha çox müasir dünyada mövcud olan ikili standartlarla bağlıdır.

Məsələn, Azərbaycan da vaxtilə bu problemlə üzləşib. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə bu torpaqların Azərbaycan ərazisi olduğu təsdiqlənib. Üstəlik, bu qətnamələrlə Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisindən dərhal çıxarılması tələb olunurdu. Amma bu qətnamələr yerinə yetirilmədi. Nəticədə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi.

Bu gün dünya ictimaiyyətinin müstəmləkəçilik və neokolonializmlə mübarizəyə qarşı reaksiyası bizim görmək istədiyimiz səviyyədə deyil.

BTQ olaraq biz müstəmləkəçilikdən əziyyət çəkən regionlara, onların azadlıq, təzminatın ödənilməsi və inkişaf kimi fundamental hüquqlarına riayət olunmasına yönəlmiş səylərini dəstəkləmək üçün fəaliyyətimizi davam etdirəcəyik.

Bir daha qeyd edirəm, təşkilatımız müstəmləkəçiliyə qarşı mübarizədə fəal iştirak etmək istəyən hər kəslə, o cümlədən Fransa ilə əməkdaşlığa hazırdır. Nəzərə almaq lazımdır ki, bu, bir neçə ayın və ya bir ilin işi deyil, biz fəaliyyətimizə təxminən iki ay əvvəl başlamışıq. Əminik ki, biz gələcəkdə müstəmləkəçilik və neokolonializmlə mübarizədə uğurlar qazanacağıq.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR