
Kanadanın Baş naziri Castin Trüdo Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Qəzza zolağında humanitar fasilələrin zəruriliyini və girovların azad edilməsi istiqamətində işi müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında yerləşdirilən məlumatda deyilib.
“Baş nazir Qətərin girovların azad edilməsinə və əcnəbi vətəndaşların Qəzzanı tərk etməsinə yönəlmiş səylərinə görə minnətdarlığını bildirib. O, Qəzzada saxlanılan bütün girovların dərhal azad edilməli olduğunu vurğulayıb. <...> Baş nazir Trüdo humanitar fasilənin vacibliyini də qeyd edib” , – məlumatda diqqətə çatdırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.