13-11-2023, 11:33 442

Bərdədə mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki müdafiə tədbirləri planı"na uyğun olaraq Bərdə rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

FHN-dən "Report"a verilən məlumata görə, təlimdə Qarabağ Regional Mərkəzinin rəhbərliyi, Bərdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Tədbirdə çıxış edən FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. M.Feyziyev qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 173 nəfər şəxsi heyət və 34 ədəd texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Paylaş

Xəbər lenti

Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb Bu gün, 00:48 Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək Dünən, 23:48 U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb Dünən, 23:48 Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu Dünən, 23:48 Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib Dünən, 23:48 Rahib Azəri: "Nitqində heç bir məna və informasiya yükü olmayan aparıcılar var" Dünən, 23:48 İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 3 100 nəfəri ötüb Dünən, 22:48 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb Dünən, 22:48 Universitetlərə qəbul balları artacaq, yoxsa azalacaq? Dünən, 21:48 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb Dünən, 21:48 Afrikada Ebolaya qarşı mübarizə üçün təxminən 319 milyon dollar lazımdır Dünən, 21:48 WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb Dünən, 21:48 İsmayıl Bəqai: Hörmüz boğazının ABŞ-yə aidiyyəti yoxdur Dünən, 20:48 Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq Dünən, 20:48 Mikayıl Cabbarov U15 Avropa çempionatında qızıl medal qazanan idmançını təbrik edib Dünən, 20:48 WUF13 Bakını qlobal şəhərsalma siyasətinin əsas platformasına çevirdi Dünən, 19:48 Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı həlak oldu Dünən, 19:48 UKMTO: Ədən körfəzində piratçılıq artıb Dünən, 19:48 ABŞ-İran danışıqları: Atəşkəs 60 gün uzadılır, Tehran zənginləşdirilmiş uranın miqdarını azaldır Dünən, 19:48 Xanımı dünyasını dəyişən kənd sakinindən örnək addım Dünən, 18:48 "Qarabağ" üç futbolçusu ilə yollarını ayırdığını açıqlayıb Dünən, 18:48 Xocalı Soyqırımı Memorialı: Tarixi yaddaşımızı əbədiləşdirən yeni məkan - FOTOREPORTAJ Dünən, 18:48 Rusiyada Ermənistan istehsalı olan "Cermux" suyunun satışı qadağan edilib Dünən, 18:48 Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü Dünən, 18:48 Orxan Məmmədov Avropa çempionatından əvvəl minifubol millisinin üzvləri ilə görüşüb Dünən, 18:48 "Şamaxı" Ayxan Abbasovla vidalaşıb Dünən, 18:48 KİV: Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib Dünən, 18:48 Emin Mahmudov: "Elvin Cəfərquliyev hər komandaya fayda gətirəcək futbolçudur" Dünən, 17:48 Premyer Liqa: "Neftçi" mövsümü qələbə ilə başa vurub Dünən, 17:48 Lənkəranda ağır avtoqəza: Ölən var Dünən, 17:48 Uzaqgörən siyasət, sabit və etibarlı tərəfdaş - MARAQLI TƏHLİL Dünən, 17:48 Sürətlə böyüyən ağaclar və yeni imkanlar: 100 hektar ərazidə yeni pilot layihəyə başlanılır Dünən, 17:48 "Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır Dünən, 16:48 Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY Dünən, 16:48 Tan Taşçı konsertində BƏDBƏXT HADİSƏ İLƏ ÜZLƏŞDİ - ANBAAN GÖRÜNTÜ Dünən, 16:48 Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? Dünən, 16:48 Səlim Müslümovun Yasamaldakı mənzili dördüncü dəfə hərraca çıxarılır Dünən, 16:48 Fuad Muradov Dublində Azərbaycan icması ilə görüşüb Dünən, 16:48 Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..." Dünən, 15:48 Xoşxassəli və bədxassəli limfa düyünlərinin əsas fərqləri: Həkim məsləhəti Dünən, 15:48 WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH Dünən, 15:48 İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq Dünən, 15:48 Elza Seyidcahan oxucularını təhqir etdi Dünən, 15:48 Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar Dünən, 15:48 Paytaxtı içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq Dünən, 14:48 Çempion olan Ronaldo paylaşım edib Dünən, 14:48 Lənkəranda kompleks mülki müdafiə təlimi keçirilib Dünən, 14:48 Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti açıqlanıb Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR