4-08-2023, 12:47 599

Gəncədə kompleks mülki müdafiə təlimi keçirilib

Gəncə şəhərində "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, təlim "Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində avqustun 2-4-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi və Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub

Təlimdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, şəhər Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, şəhərin mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.

Tədbirdə çıxış edən N.Zamanov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərininin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Gəncə şəhərində təşkil olunan kompleks təlimin əhəmiyyətindən danışan N.Zamanov qeyd edib ki, şəhər ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.

Onun sözlərinə görə mülki müdafiə dəstələrinin fövqəladə hadisələrə qarşı nə dərəcədə hazır olduqlarını nümayiş etdirən bu dəfəki kompleks təlim zamanı Nazirliklə yanaşı şəhərin bütün idarə, müəssisə və təşkilatları, mülki müdafiə dəstələri, qərargahlar və mülki müdafiə sahəsinə cavabdeh şəxslər üzərlərinə böyük məsuliyyət düşdüyünü anlayaraq, təhlükə yaranan zaman birgə fəaliyyətin təşkilinə nail olmalıdırlar.

Müşavirədə çıxış edən N.Bayramov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Eyni zamanda, fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələri tərəfindən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları üzrə maarifləndirilməsi, iştirakçıların fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində bilik və bacarıqlarının artırılması təlimin əsas məqsədini təşkil edib.

Təlim zamanı şəhərin mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə şəhər rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, şəhərin mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Bundan əlavə, təlim iştirakçıları tərəfindən Nazirliyin xilasetmə qüvvələri ilə şəhərin mülki müdafiə qüvvələri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, xəsarət alanlara tibbi yardımın göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köcürülməsi və şəhərin həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili, qəza-bərpa işlərinin yerinə yetirilməsi tədbirləri də reallaşdırılıb.

Tədbirin gedişində şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin, Gəncə Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, şəhərin hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 432 nəfər şəxsi heyəti və 60 ədəd texnikası cəlb edilib.

Qeyd edək ki, bu kimi təlimlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.

Paylaş

Xəbər lenti

Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı Bu gün, 15:49 Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ Bu gün, 15:49 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib Bu gün, 15:48 Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası Bu gün, 15:48 "Çocuklar Duymasın"ın aktrisası evini 85 milyona satdı Bu gün, 15:48 Aydın Balayevin "Azərbaycan türkləri" kitabı Azərbaycan dilində işıq üzü görüb Bu gün, 15:48 Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyev Latviya Prezidentini təbrik edib Bu gün, 15:48 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ Bu gün, 15:48 Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 "Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada Bu gün, 14:48 Nazir: "İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" Bu gün, 14:48 Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib Bu gün, 14:48 23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanlı aparıcıya vəzifə verildi Bu gün, 14:48 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO Bu gün, 14:48 XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib Bu gün, 14:48 Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi Bu gün, 14:48 Dövlət komitəsi sədrinin müavinlərinin sayı artırıldı - Fərman Bu gün, 14:48 PSJ-nin qapıçısı 2026-cı ilin ən yaxşı qolkiperləri siyahısına düşdü Bu gün, 14:48 Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb Bu gün, 13:48 Samuxda dəhşətli qəza - Sürücü öldü, sərnişin ağır yaralandı Bu gün, 13:48 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı Bu gün, 13:48 Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir Bu gün, 13:48 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar Bu gün, 13:48 Arıqlama iynələrini qəfil dayandıran iki nəfər psixoz səbəbindən xəstəxanaya yerləşdirilib Bu gün, 13:48 "Human" 2026-cı ilin sözü seçildi: Süni intellekt insan anlayışını dəyişir Bu gün, 13:48 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi Bu gün, 12:48 Bəzi cərimələr 150 faiz artılır Bu gün, 12:48 Toy üçün qızl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Qiymətlər ucuzlaşdı... Bu gün, 12:48 Azərbaycan-Almaniya universiteti yaradıla bilər Bu gün, 12:48 8 Noyabr prospektində işlər başa çatır Bu gün, 12:48 Restoran və kafelərə vergi güzəşti ediləcək - Yeni qərar Bu gün, 12:48 Evini kirayə verənlər üçün yeni qayda - Vergidə güzəşt olacaq Bu gün, 12:48 Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu Bu gün, 12:48 Taksi sürücüləri üçün vergi qaydası dəyişir Bu gün, 12:48 Gözəlləşmək üçün Amerikadan Türkiyəyə gedən fenomenin SON HALI Bu gün, 12:48 Naxçıvana yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir Bu gün, 12:48 Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi Bu gün, 12:48 Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb Bu gün, 11:48 BAKU TV RU-nun beş yaşı tamam olur Bu gün, 11:48 Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası Bu gün, 11:48 Putin və Si Cinpin görüşüb Bu gün, 11:48 Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub Bu gün, 11:48 Rəşid Mahmudov: "37 ildir çörək yemirəm" Bu gün, 11:48 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR