
Hindistan Hərbi Hava Qüvvələri uçan naməlum obyektlər (UNO) barədə xəbərlərdən sonra iki qırıcı təyyarəni bir-birinin ardınca səmaya qaldırıb.
“Report” xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Qeyd olunur ki, UNO-lar İmpxaldakı beynəlxalq hava limanının ərazisində müşahidə edilib.
Daha əvvəl “Daily Mail” bildiribi ki, Pentaqon bu ilin fevralında Alyaska üzərində vurulmuş üç naməlum uçan obyektin (UNO) videosunu yaymayıb. Qeyd edilir ki, Pentaqonda UNO-ların görüntüləri var. Hər üç obyekt Amerika qırıcıları tərəfindən “Sidewinder” “hava-hava” tipli raketlərdən istifadə edərək vurulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.