
Argentinanın yeni iqtisadiyyat naziri Luis Kaputo çərşənbə axşamı dolların rəsmi məzənnəsinin 365 pesodan 800 pesoya qaldırılacağını açıqlayıb.
“Report” -a istinadən xəbər verir ki, bu barədə Kaputo Prezident Xavyer Mileyin hökumətinin ilk iqtisadi islahatlarını təqdim edərkən müraciətində deyib.
“Rəsmi məzənnə 800 peso olacaq ki, məhsuldar sektorlar öz istehsalını artırmaq üçün müvafiq stimullara malik olsunlar”, - nazir vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.