
Abşeron rayonunun Masazır qəsəbəsi, Duz gölü yaxınlığında iki avtomobil toqquşub, xəsarət alanlar var.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "KİA Cerato" və "VAZ-21099" minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.