27-08-2022, 17:00 451

“ABŞ və Fransanı təmsil edən diplomatların Şuşada keçirilən beynəlxalq konfransa qatılmaması siyasi riyakarlığın, antihumanizmin növbəti nümunəsidir”.

Bu sözləri “AVESTA.AZ”a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Şuşada 60-dan çox ölkəni, 19 beynəlxalq təşkilatı təmsil edən 160 nəfərdən çox səfir, hərbi attaşe və diplomatların iştirakı ilə keçirilən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransa ABŞ və Fransanı təmsil edən diplomatların qatılmaması siyasi riyakarlığın, antihumanizmin növbəti nümunəsidir”.

E.Mirzəbəyli vurğulayıb ki, bu davranış ABŞ və Fransanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin çoxsaylı dinc insanın ölümünə səbəb olan minalardan təmizlənməsində, yaşayış məntəqələrimizin tez bir zamanda bərpa edilməsinə və məcburi köçkünlərin öz doğma yurd yerlərinə qayıtmasında, Cənubi Qafqazda sülhün və əmin-amanlığın, sabitliyin təmin olunmasında, insanların dinc birgəyaşayışında maraqlı olmadıqlarını bir daha sübuta yetirir: “Deməli bu ölkələri artıq tarixin arxivinə göndərilmiş “münaqişə”nin bərpası, aqressiv separatçılıq və terrorizmin vüsət alması, xaos, dinc insanların, o cümlədən uşaqların, qadınların, yaşlıların qətlə yetirilməsi, minaların qurbanına çevrilməsi, xalqlar arasındakı düşmənçiliyin sonsuza qədər davam etməsi, şəhər və kəndlərin viran olunması qane edir”.

Elçin Mirzəbəyli
Elçin Mirzəbəyli

Ekspert bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərdə və beynəlxalq konfransda təkcə ölkəmizdə dislokasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri deyil, eyni zamanda Ankara, Tehran və Moskvadakı qeyri-rezident səfirlər də iştirak edirlər: “O zaman ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin davranışlarının sağlam məntiqlə, beynəlxalq hüququn norma və prinsipləriylə, diplomatik fəaliyyətin mahiyyətilə yaxından uzağa heç bir əlaqəsi yoxdur. Bu yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yalnız Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoymayıb, həm də işğalın sonsuza qədər davam etməsində, yüz minlərlə azərbaycanlının öz doğma yurd yerlərinə həsrət qalmalarında, müharibə cinayətlərində Ermənsitan qədər, bəlkə də daha çox maraqlı olan ABŞ və Fransa kimi ölkələrin planlarını pozub”.

“Sözügedən ölkələrin diplomatik nümayəndəliklərinin sərgilədiyi qeyri-insani, bəşəri dəyərlərə, dövlətlərin suverən hüquqlarına, ədalət prinsiplərinə zidd davranışları da buradan qaynaqlanır"- deyən Elçin Mirzəbəylinin fikrincə, ABŞ və Fransadan olan diplomatların bu mühüm səfərdə və konfransda iştirak etməmələri Azərbaycan, region və tədbiqə qatılan 160 nəfərdən çox səfir, hərbi attaşe, digər diplomatlar, eləcə də onların təmsil etdikləri ölkələr və beynəlxalq təşkilatlar üçün heç nəyi dəyişməyəcək: “Amma Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, işğalçı üzərində ədalətli və Beynəlxalq Humanitar Hüququn bütün prinsiplərinə əməl etməklə Zəfər çalması nəticəsində təkcə regiondakı, yaxud subregiondakı reallıqları deyil, bütövlükdə Avrasiya məkanındakı uzun illərdən bəri ədalətsiz bir şəkildə davam edən geosiyasi mənzərəni də dəyişib və öz yerlərini sülhə, əməkdaşlığa, xalqların firavan və təhlükəsiz yaşamasına xidmət edən reallıqların içərisində görə bilməyənlər, sadəcə prosesdən kənarda qalacaqlar”.

Qeyd edək ki, avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla, ümumilikdə, 180-ə yaxın xarici nümayəndə iştirak edir. Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar. Ancaq ABŞ və Fransanın Azərbaycandakı səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmayıblar.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR