22-12-2023, 21:23 585

“Qaçqınlıq vaxtı Gürcüstandakı azərbaycanlılar bizi bir il evlərində saxladılar”- Qərbi Azərbaycan Xronikası 

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“AVESTA.AZ” xəbər verir ki, “Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” adlı buraxılış Loru mahalının Barana rayonunun Ləmbəli kənd sakini Ceyran Ənsərin həyat hekayəsinə həsr olunub.

O, Ləlvər dağının ətəyində yerləşən kənddə uşaqlıq illərində yaşadığı gözəl anları, yurd yerlərində, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Onun sözlərinə görə, kənddə təhsilə çox böyük önəm verilirdi: “Azərbaycan, erməni və rus sektoru olan 3 orta və ibtidai məktəbimiz var idi. Kitab əlimizdən düşmürdü. Bir ildə Aərbaycan məktəbindən 5 nəfər qızıl medal alırdı. Yenidən o yerlərə qayıtsam doğulduğum yerdə sinif yoldaşlarımla birlikdə ikimərtəbəli evimizdən ətrafa baxıb dərindən nəfəs alardım, Tona (Debet) çayının şırıltısına qulaq asardım”.

Orta məktəbi bitirdikdən sonra Bakıda Sabir adına Pedoqoji Məktəbdə oxuduğunu və 1977-ci ildə kəndə müəllim kimi qayıtdığını deyən C.Ənsər deportasiya və qaçqınlıq həyatından danışıb: “Kəndimizin camaatı 5 dəfə deportasiya uğrayıb. 1988-ci il noyabrın 25-də qəsəbə statuslu kəndimizdə azərbaycanlılar və ermənilər mitinq edirdilər. Ermənilər bizə dedilər ki, daha sizi burada saxlaya bilməyəcəyik. Kəndə rus əsgərləri töküldü. Rus əsgərləri erməniləri müdafiə edirdilər. Bizə dedilər ki, daha sizi qoruya bilmirik. Siz ən yaxşı halda çıxıb getməlisiniz. Kənddə o vaxt yığılıb and içmişdilər, Bakıdan ziyalılar da gəlmişdilər ki, biz bu kəndi tərk etməyəcəyik. Çünki bizim kənd bir yandan Qazaxla, bir yandan Gürcüstanla həmsərhəd idi. Sonra gördük ki, mümkün deyil, hamı köçüb gedirdi. Həmin dövrdə ermənilər avtomatla insanları öldürmək üçün gəlib bir-bir evləri gəzirdilər, maşınları gülləbaran edirdilər. Nəhayət, bizi Gürcüstana apardılar, bir il orada qaldıq və sonra Bakıdan ev aldıq”.

Vətən həsrətinin ağrıdıcı dərd olduğunu bildirən Ləmbəli sakini söyləyib: “Vətənsizlikdən acı, ağladıcı dərd yoxdu. Vətən olmayan yerdə səadət yoxdu. Məni doğulduğum torpaq çəkir. Keçən il kəndimizdən gətirilən torpaqdan saxlamışam. Ən gözəl xatirələrim, ən xoşbəxt anlarım, özümü biləndən yaşadığım ən xoş günlərim məhz o kəndlə bağlıdır. Eyvanımıza çıxıb bir dəfə baxsam və dərindən bir nəfəs alsam bəlkə də ömrüm bir neçə il uzanar. “Həyat Hekayəm”in əsasında xoşbəxt uşaqlığım, gəncliyim, əziyyət dolu qaçqınlıq və mübarizə dolu həyatım var. O torpaqlar bizimdir, Ermənistana verilib. Doğma yerlərə qayıtmağı, orada yaşayıb ölməyi çox istəyirəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 22-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR