28-12-2023, 21:11 608

Erməni politoloqlar: “Qərbi azərbaycanlılar qayıdacaq, Zəngəzur Ermənistandan ayrılacaq”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, “Ermənilər azərbaycanlıların geri qayıdacağı reallığını qəbul edir” adlı süjetdə Qərbi Azərbaycan İcmasının öz tarixi yurdlarına qayıtmaq istəyi və rəsmi Bakının bunu strateji plan olaraq dəstəkləməsinin Ermənistanda gündəmin əsas mövzusu olduğu vurğulanır.

Bildirilir ki, Ermənistan mediasında apardığımız müşahidələrə görə, ermənilər Qərbi Azərbaycan reallığını tədricən qəbul etməyə başlayıb, qəbul etmək istəməyənlər belə perspektivdə bunun reallaşacağını anlayırlar. Ermənistanın ictimai-siyasi sferasındakı müzakirələrdə Qərbi Azərbaycan məsələsinə müxtəlif yanaşmaların olduğu görünür. Rəsmi İrəvan beynəlxalq hüquqa zidd şəkildə tarixi yurdlarından deportasiya edilən azərbaycanlıların evlərinə qayıdışı istəyini “Azərbaycanın Ermənistana ərazi iddiası” kimi təqdim edir”.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti maksimum şəkildə Qərbi Azərbaycan məsələsini gündəmdən çıxarmağa çalışır: “Qərbi Azərbaycan məsələsi artıq Ermənistanın daxili siyasi seqmentinə yön verir, iqtidar-müxalifət qovğaları da məhz azərbaycanlıların tarixi yurdlarına qayıdışı üzərində baş verir”.

Süjetdə erməni politoloqlar Qaqik Hambaryan, Qarik Keryan və Sergey Melkonyanın fikirlərindən sitatlar gətirilir: “Rəsmi Bakı azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasında israrlıdır. Azərbaycanlıların ən azı müəyyən bir qisminin Ermənistana qayıtması təmin edilə bilər. Azərbaycanlılar sərhəd bölgələrinə - Qafana, Zəngəzurun, Basarkeçərin bir hissəsinə köçərsə, sonradan bu ərazilərin Ermənistandan ayrılmasına və Azərbaycana birləşməsinə zəmin yarana bilər. Ermənistanda əsas qorxulardan biri də azərbaycanlıların öz evlərinə qayıdışının 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra aktuallaşacağıdır. Bu seçki regionda gələcək konfiqurasiyanın formalaşdırılmasında mühüm mərhələ olacaq. Bu mərhələdə Ermənistan istənilən ssenariyə hazır olmalıdır. Bu ssenarilər Ermənistanla sülh müqaviləsinin imzalanması və “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər. Bakının məntiqi belədir: onlar öz bayraqlarını Xankəndi və Şuşada qaldırıblar, növbəti məqsəd azərbaycanlıların İrəvana, Gorusa, Göyçəyə və s. qayıtması olmalıdır”.

Sonda bildirilir ki, Qərbi Azərbaycan mövzusu Ermənistanın əsas müzakirə mövzusuna çevrilib və onların bundan müxtəlif məqsədlər üçün istifadə etməsinə baxmayaraq, azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi artıq erməni ictimai rəyində legitimləşir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Bakının sirli kəndi: Əmircanın bilinməyən tarixçəsi Bu gün, 08:48 Kamal Abdulla niyə "qadın evdə otursa, daha yaxşıdır" dedi? Bu gün, 08:48 Kür çayında TƏHLÜKƏLİ VƏZİYYƏT Bu gün, 08:48 HƏYƏCAN TƏBİLİ: Problemli kreditlər bir ildə 28 faizdən çox artdı Bu gün, 08:48 Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Alla Puqaçovanı geridə qoyan azərbaycanlı sənətkar Bu gün, 08:48 Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək Bu gün, 08:48 Azərbaycan Ordusundan yeni güc: BMP-1-lər "ağıllı ovçu"ya çevrilir Bu gün, 08:48 Dəyişkən hava sağlamlığa necə təsir edir? Bu gün, 00:48 Sabah bu rayonda işıq olmayacaq Dünən, 23:49 "Ceyms Uebb" teleskopu Finlandiya saunasının temperaturuna yaxın qaz nəhəngi aşkarlayıb Dünən, 23:48 Xromosomlar nədir və niyə vacibdir? Yəni orqanizmin genetik "təlimatı" necə işləyir? Dünən, 23:48 "Əsas problem əlaqənin kəsilməsidir" - Su basan kəndin sakinləri danışdılar Dünən, 22:48 Bakı-Tbilisi-Bakı qatarından kimlər pulsuz istifadə edəcəklər? - TƏFƏRRÜAT Dünən, 22:48 Hansı bürclər tez sıxılır? – Astroloqlar səbəbləri açıqladı Dünən, 22:48 Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib Dünən, 21:48 Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir? Dünən, 21:48 Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək Dünən, 21:48 Paytaxtda "Opel" markalı avtomobil yandı Dünən, 20:48 İranla razılaşma imzalanana qədər dəniz blokadası davam edəcək - Tramp Dünən, 20:48 Bakıda divar uçdu, avtomobillər əzildi Dünən, 20:48 Bəzi rayonlarda intensiv yağıntı müşahidə olunur - FAKTİKİ HAVA Dünən, 19:48 "Qarabağ" Zakira Savonu transfer edib Dünən, 19:48 SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb Dünən, 19:48 Azərbaycan güləşçisi Avropa çempionu oldu Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq Dünən, 18:48 "Karvan-Yevlax" son dəqiqələrdə qələbəni əldən verdi Dünən, 18:48 Şəhidlərin xatirəsi yad edilib Dünən, 18:48 Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI Dünən, 18:48 Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı Dünən, 18:48 ABŞ və İran arasında danışıq bu tarixdə olacaq Dünən, 17:48 WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir Dünən, 17:48 ABŞ və İran arasında yeni razılaşma: Hörmüz boğazı açılır? Dünən, 17:48 Kiyevə raket zərbələri: Sakinlər Baku TV-yə danışdılar Dünən, 17:48 Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı bəlli olub Dünən, 16:48 Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər Dünən, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq Dünən, 16:48 Bu yolda bərpa işlərinə başlanılıb Dünən, 16:48 Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi Dünən, 16:48 Eboladan ölənlərin sayı 204-ə çatdı -Konqo Dünən, 16:48 Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir Dünən, 15:48 ABŞ və İran danışıqlarda irəliləyiş əldə edib - Rubio Dünən, 15:48 Qarabağ və Dilbaz atları Almaniyada xüsusi maraq doğurub Dünən, 15:48 Qvardiola gələcək planlarını açıqlayıb: "İstirahətə ehtiyacım var" Dünən, 14:48 "Rüya gibi"nin aktyoru yeni serialda Dünən, 14:48 "Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ Dünən, 14:48 Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR