29-12-2023, 13:48 590

Azərbaycanda ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu istifadəyə verilib

Gəncə şəhərində “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başlayıb.

“Report”un “AzerGold”a istinadən verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerBlast” MMC-nin özəl tərəfdaşı olan “DM Service” şirkətinin nümayəndəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

Tədbir iştirakçıları dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC-nin ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə istifadəyə verdiyi müəssisədə yaradılan şəraitlə tanış olublar. Zavodun fəaliyyət imkanları və istehsal texnologiyaları haqqında məlumat verən “AzerBlast” MMC-nin baş direktoru Rizvan Baxşıyev hazırda ölkəmizdə mülki təyinatlı partlayıcı maddələrin yeganə istehsal müəssisəsində əsasən dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin istehsalı həyata keçiriləcəyini bildirib.

Ümumi sahəsi 5 665 m2 olan müəssisənin inşasına 2023-cü ilin yanvar ayında başlanıldığını, inşaat prosesinin 12 ay davam etdiyi diqqətə çatdırılıb. Zavodun istehsal xətti Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

Hazırda ölkəmizdə sənaye partlayıcılarına tələbat idxal hesabına ödənildiyi qeyd edilərək, zavodun tam rejimdə fəaliyyətə başlaması ilə ölkəmizdə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcəyi və idxaldan asılılığın aradan qaldırılacağı vurğulanıb. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 000 ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalını həyata keçirəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin daha geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə - 31 500 tona çatdırılması planlaşdırılır. Bu məqsədlə ilkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə istehsalatın aktiv dövründə əməkdaşların sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.

Müəssisənin təhlükə potensiallı istehsal sahəsi olduğu xüsusilə nəzərə alınaraq, zavodda yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalatın yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.

Qeyd edək ki, Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu layihəsinə 15 milyon manat məbləğində sərmayə qoyulub. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda yerləşməsi, həmçinin bölgədə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə verməkdir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR