
“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir.
“Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, - səfir qeyd edib.
(2/2) Pour la première fois depuis longtemps, une juste et durable est possible. La Paix a besoin de vérité ; pas de faux récits. aidez la paix au lieu de chercher à déstabiliser la situation dans notre région.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.