
Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub.
Bu barədə "AVESTA.AZ"a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.