30-01-2024, 03:52 540

Meksika KİV: Azərbaycanın AŞPA-da iştirakına zərbə vuran məhdudiyyətlərin ədalətli olması suallar doğur

Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində “Azərbaycan: ədalətsizlik və Qafqazda sülh axtarışları arasında” başlıqlı məqalə dərc olunub.

Bu barədə "AVESTA.AZ"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyətinə qarşı hərəkətlərin narahatlıq doğurduğu və müzakirələrə səbəb olduğu, həmçinin Azərbaycanın AŞPA-da iştirakına zərbə vuran məhdudiyyətlərin ədalətli və əsaslı olmasının bir sıra suallar doğurduğu bildirilir.

Müəllif Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən Avropanın Azərbaycana münasibətdə eyni mövqeyi nümayiş etdirmədiyini, bütün beynəlxalq təşkilatların Ermənistanın onilliklər ərzində Azərbaycan ərazilərini işğal edərək, oradakı infrastrukturu və mədəni irsi dağıtdığını qəbul etdiyinə baxmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi və Ermənistanla sülhə yaxınlaşdığı bir dövrdə böyük dövlətlərin, xüsusilə Qərbin artan narahatlığının müşahidə olunduğunu qeyd edir, eyni zamanda Azərbaycanın uzun illər Əfqanıstan və İraq məsələlərində Qərbin müttəfiqi olduğunu və Avropanın enerji təhlükəsizliyində vacib rol oynadığını nəzərə alaraq baş verənlərin məntiqsiz və ədalətsiz göründüyünü vurğulayır.

Məqalədə AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı son hərəkətlərinin arxasında duran səbəblərin ziddiyyət təşkil etdiyini, əslində Ermənistan tərəfindən törədilmiş hərəkətlərə görə Azərbaycana qara yaxılaraq məsuliyyət daşıdığının iddia edildiyi, bunun Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş əldə olunduğu bir vaxta təsadüf etməsinin Qafqazda sülhə nail olmaq əvəzinə keçmiş münaqişənin əbədiləşdirilməsi məqsədi daşıdığına əsas verdiyi bildirilir. Həmçinin, Azərbaycanın Avropa Şurasına 23 illik üzvlüyündən sonra, ölkə daxilində siyasi həmrəyliyin ən yüksək həddə çatdığı və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparıldığı bir vaxtda bəzi AŞPA-da aktorlarının Azərbaycana hücum etməyə başladığı qeyd olunur.

Məqalədə Azərbaycan nümayəndə heyətinə qarşı bu qərar Fransanın Azərbaycana qarşı son aqressiv münasibəti ilə əlaqələndirilir və bunun Ermənistana və onun revanşist dairələrinə əsassız ümidlər verərək sülh prosesini təhlükə altına saldığı vurğulanır, eyni zamanda AŞPA-dakı Ermənistan nümayəndə heyətinin Azərbaycan əleyhinə səs verməsinin bu ölkənin sülh prosesində maraqlı olmasında qeyri-səmimiyyətinin göstəricisi olduğu bildirilir.

Müəllif həmçinin, Avropa İttifaqının Ermənistana qeyd-şərtsiz müttəfiq olmağı seçərək Azərbaycana qarşı neqativ mövqe tutduğunu, C.Borrelin Azərbaycanı hədələdiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, eləcə də işğal zamanı öz yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlının taleyini həll etməkdən yayındığını qeyd edir, hazırkı vəziyyətdə Fransa ilə qarşıdurmanın mümkün intensivləşməsinin regionda siyasi gərginliyin artmasına səbəb ola biləcəyini ehtimal edir.

Sonda Avropanın Qafqazda sülh proseslərini pozan müdaxiləçi siyasətinin Avropa İttifaqının bəyan etdiyi dəyərlərə zidd olduğu, bu tərz münasibətin dünyanı açıq-aşkar ikili standartlar qarşısında qoyduğu, bu mövqedən çıxış edən Avropanın sülhü deyil, daha çox münaqişəni dəstəkləyən və regiondan kənarda mübahisələri alovlandıran imic formalaşdırdığı bildirilir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR