30-01-2024, 15:22 459

Makrona qarşı etirazlar səngimir - “sarı jiletlilərin” işini fermerlər tamamlayacaq? - ŞƏRH

Fransa Prezidenti Emmanuel Makronun niyyəti, apardığı siyasət, uğursuzluqları yerli və beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Bu fonda ölkə yeni etiraz aksiyaları ilə çalxalanır.

E.Makronun hakimiyyəti illərində Fransada sosial tələblərlə geniş etiraz aksiyaları keçirilib. 2018-ci ilin noyabrında “sarı jiletlilər” yanacağın qiymətinin qaldırılmasına etiraz olaraq meydanlara çıxmışdılar. Son günlər isə fermerlərin yürüşləri, paytaxt Parisi mühasirəyə almaları ilə yenidən dünyanın diqqətini Fransaya yönəldiblər.

Mövcud şəraitə uyğun olaraq sual yaranır: “Sarı jiletlilər”in işini fermerlər tamamlaya bilərmi? Odur ki, qısa olaraq “sarı jiletlilər”in və fermerlərin tələblərinə nəzər salaq.

Birincilər 25 tələb irəli sürmüşdü. Onların arasında vergi sahəsində islahatların qanunla qadağan olunması, minimum əmək haqqının, pensiyaların və yaşayış minimumunun dərhal 40 faiz artırılması, infrastrukturun, o cümlədən səhiyyə, təhsil, ictimai nəqliyyat, asayiş və s. sahələrin normal fəaliyyətinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması, 5 milyon ədəd güzəştli mənzilin tikintisinə başlanılması, vətəndaşlara əsassız olaraq yazılan uydurma daxili borcların ləğv edilməsi, yeni konstitusiyanın qəbulu, lobbiçilik və təsir sxemlərinin qadağan edilməsi, Fransanın Avropa İttifaqından çıxması - Frexit, özəlləşdirmənin dərhal dayandırılması, artıq özəlləşdirilmiş əmlakın dövlətə qaytarılması, milli təhsil sisteminə yenidən baxılması, mediada fikir müxtəlifliyinin təmin edilməsi, ətraf mühit və sağlamlıq sahəsində islahatlar aparılması, vətəndaş azadlıqlarının təmin edilməsi, ətraf mühiti çirkləndirən qabların və qablaşdırmaların istehsalının, dövriyyəsinin qadağan olunması, idxaldan imtina etmək üçün ölkənin yenidən sənayeləşdirilməsi, Fransa qoşunlarının təcavüzkar müharibələrdə istifadəsinin qanunvericiliklə qadağan edilməsi, Fransa və Afrika arasında əlaqələrə dair tələbdən - soyğunçuluq siyasətinin dayandırılması, diktatorların qanunsuz qazancları və mülklərinin Afrika xalqına verilməsi, Fransa qoşunlarının dərhal Afrikadan çıxarılması, beynəlxalq hüquqa və imzalanmış müqavilələrə müstəsna hörmət edilməsi kimi məsələlər əksini tapmışdı.

Fermerlər isə inflyasiya səbəbindən gəlirlərin azalmasına, kənd təsərrüfatı məhsullarının idxalının artmasına, Avropa İttifaqının “yaşıl kurs” planına etiraz edirlər. Onların bir çoxu iddia edir ki, bu kursu yerinə yetirmək mümkün deyil və bahalıdır. İttifaq “fermadan süfrəyə” planına uyğun olaraq, kənd təsərrüfatı məhsullarının kimyəvi gübrəsiz yetişdirilməsinə, 2030-cu ilə qədər pestisidlərin istifadəsinin 50 faiz azaldılmasına, kənd təsərrüfatı torpaqlarının ən azı 10 faizinin qeyri-kənd təsərrüfatı ehtiyacları üçün (məsələn, meşə plantasiyaları və ya süni gölməçələr üçün) ayrılmasına və s. bu kimi layihələri həyata keçirməyə nail olmaq istəyir.

Fermerlərin aksiyasına taksi sürücüləri də qoşulub. Fevralın 1-dən isə müəllimlər də etiraz tədbiri keçirəcək. Onların tələbi işgüzar şəraitin yaxşılaşdırılması və əməkhaqqının artırılmasıdır.

E.Makron Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayendən fermerlərin etirazlarına görə “MERCOSUR” ölkələrinin Cənubi Amerika Ticarət Assosiasiyası ilə danışıqları dayandırmağı xahiş edib. Fransanın Baş naziri Qabriel Attalın aksiyaçıların nümayəndələri ilə görüşünün nəticəsi olmayıb.

“Sarı jiletlilər”in tələbləri tam mənada təmin olunmayıb. Yəni rəsmi Paris gözdən pərdə asmaq üçün həmin istəklərə kosmetik əməl edib.

“Fermadan süfrəyə”, yəni ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması layihəsi nəzəri cəhətdən qənaətbəxşdir, ancaq etirazlardan da göründüyü kimi yarımçıqdır. Avropa İttifaqı və Fransa hakimiyyəti “yaşıl kurs” layihəsi daxilində fermerlərə maliyyə vəsaiti və başqa yardımlar ayırmayıb. Çünki belə bir plan üçün dəyən ziyanın ödənilməsi və s. yardımlar nəzərdə tutulmayıb. Əks halda fermerlər etiraz aksiyaları keçirməzdi. Belə qənaətə gəlmək olar ki, Fransa hakimiyyəti kənd təsərrüfatı məhsullarını ucuz qiymətə xaricdən almaqla ölkə fermerlərinin mənafeyini nəzərə almayıb. Bu da narazılıqlara səbəb olub.

Habelə Fransa hakimiyyəti onların tələblərini müzakirəyə çıxarmayıb. Ancaq etiraz aksiyalarının qarşısını almaq küçə və meydanlara hərbi texnika, 10 mindən çox polis çıxarıb.

Bu kimi kütləvi etiraz aksiyaları keçirənləri bir qayda olaraq cəmiyyətin aktiv, passionar hissəsi sayırlar. “Sarı jiletlilər”dən sonra fermerlərin etirazı E.Makron hakimiyyətinin Fransa cəmiyyətinin bu təbəqəsi ilə hesablaşmadığını deməyə əsas verir. Adətən, demokratik ölkələrdə cəmiyyətin etirazları nəzərə alınır.

“Sarı jiletlilər”in tələblərində ölkədə demokratiyanın məhdudlaşdırıldığı, hakimiyyətin vətəndaşların həyatına müdaxiləsinə etiraz edilmişdi. Fermerlərin aksiyaları E.Makron hökumətinin demokratiyanın prinsiplərinə qarşı çıxdığını sübuta yetirir.

Hadisələr dünyada hökmranlığa iddialı Fransada ciddi və dərin islahatların aparılmasını, o cümlədən konstitusiya dəyişikliyinin vacibliyini də aktuallaşdırır. Makronun müxtəlif sahələr üzrə həyata keçirməyə səy göstərdiyi islahatlar kosmetik olduğundan etirazlarla qarşılanır. Başqa sözlə bu islahatlar bəzən konstitusiyaya zidd olur. Hökumətin atdığı addımlar Fransanın Avropa İttifaqından çıxmasına da şərait yarada bilər. Çünki öz ölkəsinin vətəndaşlarının mənafeyini nəzərə almadan ittifaqın nüfuzunu güdmək bəhs etdiyimiz etirazlar yaradır.

Tələblərini qulaqardına vurduğu üçün “sarı jiletlilər” Emmanuel Makronun istefasını tələb etmişdi. Ancaq bu reallaşmadı. Yeni etiraz aksiyası doğdu. Fransa üçün əsas sual belə ola bilər - kəndlilərin üsyanı “sarı jiletlilərin” yarımçıq işini tamamlayacaq? Belə getsə, Makrona prezident səlahiyyətlərinin ikinci müddətini tamamlamaq çətin olacaq. Bu müddət isə 3 ildən çoxdur...

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR