30-01-2024, 18:27 671

Binəqədidəki partlayış-yanğınla bağlı “Bakı Ağac Emalı” ASC-nin rəhbər şəxsləri həbs olunub

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı 2 nəfər şəxs həbs olunub.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin istintaq tədbirləri nəticəsində 2 şəxsin qanunsuz əməlləri ifşa edilib.

İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.

Belə ki, toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar verməməsi, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Paylaş

Xəbər lenti

Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? Bu gün, 21:48 Məşhur şadlıq evində xoşagəlməz mənzərə Bu gün, 21:48 Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb Bu gün, 21:48 Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb Bu gün, 21:48 AAYDA: Sel və sürüşmədən zərər görmüş Altıağac–Xızı yolunda operativ bərpa tədbirləri həyata keçirilir Bu gün, 20:48 Ceyhun Bayramov Orta Dəhlizin artan rolunu qeyd edib Bu gün, 20:48 Zelim Tçkayev dünya çempionatında gümüş medal qazandı Bu gün, 20:48 Medal qazanan cüdoçumuz: "Son ana qədər qələbə qazanacağımı düşünürdüm" Bu gün, 20:48 Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb Bu gün, 20:48 Amansızlıqla qətlə yetirilən Fatimənin fotosu Bu gün, 20:48 Gözləri görməyən qadına niyə əlillik verilmir? Bu gün, 19:48 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil" Bu gün, 19:48 AKP sözçüsü: "Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var" Bu gün, 19:48 Paşinyan: "Azərbaycanlı hərbçi cəzasının bir hissəsini Ermənistanda çəkəcək" Bu gün, 19:48 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi Bu gün, 19:48 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi Bu gün, 19:48 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür Bu gün, 19:48 Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı Bu gün, 18:48 Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib Bu gün, 18:48 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib Bu gün, 18:48 Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib Bu gün, 18:48 Gündə minimum addım sayı təyin edildi Bu gün, 17:48 Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi Bu gün, 17:48 Ceyhun Bayramov MDB XİN Şurasının iclasında çıxış edib Bu gün, 17:48 U-23 dünya çempionatında Azərbaycanın 23 güləşçisi mübarizə aparacaq Bu gün, 17:48 Sabah bu 5 kənddə qaz olmayacaq Bu gün, 17:48 Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" Bu gün, 16:48 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib Bu gün, 16:48 Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı? Bu gün, 16:48 Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır" Bu gün, 16:48 Azərbaycan universitetlərinin reytinqdə geri qalmasının səbəbləri müzakirə edildi Bu gün, 16:48 Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb Bu gün, 16:48 Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil" Bu gün, 16:48 Mükafat və maaş əlavələri ilə bağlı Prezidentdən mühüm FƏRMAN Bu gün, 16:48 Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək Bu gün, 16:48 Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb Bu gün, 15:48 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib Bu gün, 15:48 Bakıda 10 minə maral başı satılır Bu gün, 15:48 Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir? Bu gün, 15:48 Aqşin Fatehə ağır itki üz verdi Bu gün, 15:48 Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb Bu gün, 15:48 Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib Bu gün, 15:48 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb Bu gün, 15:48 Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək... Bu gün, 15:48 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Bu gün, 15:48 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR