3-02-2024, 16:38 440

Laçında seçki sevinci:

Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu kampaniya ilk dəfə olaraq azad edilmiş ərazilərdə də baş tutacaq.

"Report"un əməkdaşı seçkiqabağı azad edilmiş ərazilərə ezam olunub, Laçın şəhəri və Zabux kəndində sakinlər arasında sorğu keçirib.

Sürəyya Əliyeva
Sürəyya Əliyeva

Laçın şəhər sakini Sürəyya Əliyeva doğma şəhərdə prezident seçkilərinə şahidlik edəcəklərinin sevincini yaşadıqlarını bildirib: “Bu qürurlu günü bizə yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm. Onun güclü iradəsi sayəsində bu gün Azərbaycan bütövdür, tamdır. Mənim bu dünyadan bir diləyim olub, o da yenidən Laçına qayıda bilmək idi. Bu gün Laçındayam və fevralın 7-si məhz bu şəhərdə ən layiqli namizədə səs verəcəyəm”.

Allahverdi Əliyev
Allahverdi Əliyev

Allahverdi Əliyev deyib ki, 1991-ci ilin sentyabr referendumundan sonra ilk dəfə Zabuxda seçkilər keçiriləcək: “Düz 33 illik fasilədən sonra bu hissləri doğma yurdda yenidən yaşamaq hər birimizi qürurlandırır. Torpaqlarımızın işğaldan azad olunmasının və kəndimizin abadlaşdırılaraq yenidən burada bizə yaşamağa şərait yaradılmasının səbəbkarı məhz Prezident İlham Əliyevdir. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun. Kəndimizdə hər kəs keçiriləcək seçkilərlə əlaqədar bir-biri ilə müzakirələr aparır və layiqli namizədə səs vermək üçün fevralın 7-ni gözləyir”.

Vidadi Salmanov
Vidadi Salmanov

Vidadi Salmanov isə qeyd edib ki, ehtiyatda olan polkovnik-leytenant kimi Ali Baş Komandan və ordu ilə fəxr edir: “Bütün həmvətənlərimi seçkilərdə iştirak etməyə və ən layiqli namizədə səs verməyə dəvət edirəm”.

Gülbəniz Abbasova
Gülbəniz Abbasova

Zabux kəndinin sakini Gülbəniz Abbasova uzun illərdən sonra azad olunmuş Zabuxda seçkilərdə iştirak etməyin inanılmaz hiss olduğunu deyib: “Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimizi, ordumuzu qorusun. Bir neçə gün əvvəl Zabuxda seçkilərlə əlaqədar tədbir keçirilirdi və bütün kənd əhli, demək olar, həmin tədbirə getmişdi. Hər kəs tarixi günlərə şahidlik etmək həvəsindədir”.

Vüqar Həsənov
Vüqar Həsənov

Vüqar Həsənov da uzun illərdən sonra yenidən öz doğma torpağında səsvermə hüququndan istifadə edəcək olmasının sevincini yaşadığını söyləyib: “Hər birimiz fevralın 7-də fəxrlə səs verməyə hazırıq və seçkilər gününü səbirsizliklə gözləyirik”.

Kifayət Həsənova
Kifayət Həsənova

Kifayət Həsənova isə vurğulayıb ki, Azərbaycan 200 ildən sonra ilk dəfə torpaqlarını işğaldan azad edə bilib: “Biz 30 illik işğalı daha çox vurğulasaq da, bu işğalların tarixi daha qədimdir. Bunu isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bacarıb. Bu gün vətənimiz bütövdür, biz isə öz torpağımızda prezident seçkilərinə hazırlaşırıq. İnanıram ki, həmin günü ən layiqli namizəd qələbə qazanacaq”.

Fuad Nəsibzadə
Fuad Nəsibzadə

Fuad Nəsibzadə də hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib: “Bu günlərdə də prezident seçkiləri günü ilə əlaqədar sevincli və qürurluyuq. Düşünürəm ki, hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirməli və ən layiqli namizədə səs verməliyik”.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR