6-02-2024, 16:34 466

Azərbaycan millisinin baş məşqçisi: “Futbolumuz legioner limitinin dəyişdirilməsinə hazır deyil” – MÜSAHİBƏ

AFFA Klublar Komitəsinin son iclasında Azərbaycan Premyer Liqasında əcnəbi futbolçulara tətbiq olunan limitin “8+3” qaydasına əsasən müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.

Bəzi klubların bu təklifə müsbət reaksiya göstərməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Əksər mütəxəssislər hesab edirlər ki, hazırkı “7+4” formatının dəyişdirilməsi yerli oyunçuların inkişafına mane ola bilər. Bu cür düşünənlər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev də var.

44 yaşlı çalışdırıcı “Report”a müsahibəsində limitin artırılmasının ölkə futboluna ziyan vuracağını bildirib.

- Klublar Komitəsinin son iclasında legioner limitinin dəyişdirilərək “8+3” edilməsi təklif olunub. Bu ideyanı necə qarşıladınız?
- Dərindən təhlil olunmalı mövzudur. Söhbət Azərbaycan futbolunun gələcəyindən gedir. Şəxsən mən legioner limitinin artırılmasının tərəfdarı deyiləm. Futbolumuz buna hələ hazır deyil. Ümumiyyətlə, Azərbaycan futbolu televiziya arxasında əyləşib, 10 komandalı çempionata baxmaqdan ibarət deyil. I və II Liqa, həmçinin əvəzedicilərin çempionatı var. Gələcəyi fikirləşiriksə, onları da nəzərə almalıyıq. Liqa sayı yeni artırılıb, komandaların maddi-texniki bazaları istənilən səviyyədə deyil. 3-5 il ərzində səviyyə artar, klubların şəraiti düzələr, ondan sonra bu barədə düşünmək olar. Premyer Liqada klub sayı 14, 16 olarsa, o zaman limiti müzakirə etməyə dəyər.

- 21 yaşadək oyunçularla bağlı limit 2023-cü ildə ləğv olundu. U-21-in baş məşqçisi kimi, yəqin ki, bu, ən çox sizə mənfi təsir göstərdi...
- Açığı, mən yığmaya təyin olunanda bu məsələ gündəmdə deyildi. 21 yaşadək oyunçularla bağlı limit ləğv olunandan sonra əl-qolumuz bağlandı. Balaca uşaq da bilir ki, legioner limitinin artırılması milli komandalara təsir edir. Hazırda Premyer Liqa oyunlarına baxa bilmirik. İşimiz ancaq əvəzedicilərin çempionatına və I Liqa matçlarına baxmaqdan ibarətdir.

- Razısınız ki, legioner limiti artırılsa, I Liqa və Əvəzedicilər Liqası da bundan zərər görəcək?
- Əlbəttə. “8+3” formatını ortaya atanların I Liqadan və Əvəzedicilər Liqasından xəbərləri yoxdur. Bu təklifi edənlər dərindən fikirləşsinlər ki, 3 ildən sonra Azərbaycan futbolu hansı durumda ola bilər. Söhbət yerli kadrların yetişdirilməsindən gedir. Limiti artırsaq, yerli futbolçular harada oynayacaqlar? Bəziləri bununla rəqabət olacağını düşünürlər. Futbolçu oynamadıqda özünü göstərə bilmir. Belədə rəqabətə necə tab gətirə bilər?

- Hazırda Premyer Liqada limit “7+4” formatındadır. Klublardakı əcnəbi oyunçuların səviyyəsi ürəyinizcədir?
- Legionerləri yığıb gətirməklə deyil. Klublardakı əcnəbilərin hazırkı durumlarını görürük. Düzdür, səviyyəli legionerlər var. Ancaq legioner xatirinə gələnlər də çoxdur. Bu iddianı ortaya atanlar Azərbaycan futboluna nə qazandıracaqlarını düşünsünlər.

- Bəs siz nəyin tərəfdarısınız?
- Hazırkı limitin qalmasını istəyən klubları dəstəkləyirəm. Hələ ki, “7+4”ü saxlamaq lazımdır. Məndən olsa, hətta “6+5” edərdim ki, yerli uşaqlar daha çox oynasınlar.

- Bu il əsas yığmalar arasında UEFA Millətlər Liqasına start veriləcək. Millimizi bu yarışa hazır saymaq olar?
- Sizin də dediyiniz kimi, qarşıdan UEFA Millətlər Liqası, onun da ardından DÇ-2026-nın seçmə mərhələsi gəlir. Millinin bəzi oyunçularının yaşı artıq 30-u keçib. 2-3 ildən sonra əvəzlənməli olacaqlar. Bəs onların yerinə kimlər oynayacaqlar? Yığmaların nəticələrindən hər dəfə məyusluq keçiririk. Limit söhbətini ortaya atanda bunları da düşünmək lazımdır.

Paylaş

Xəbər lenti

"Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Bu gün, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Bu gün, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48 Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 14:48 Avropanın bu ölkəsində dizel avtomobil sahiblərinə nağd pul ödəniləcək Bu gün, 14:48 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48 Şirvanda oğurluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır Bu gün, 13:48 Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu Bu gün, 13:48 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Bu gün, 12:48 İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? Bu gün, 12:48 Nar şirəsinin orqanizmə inanılmaz faydaları - Hər gün içdikdə… Bu gün, 12:48 Sabah 33° isti olacağı gözlənilir Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir Bu gün, 12:48 Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR Bu gün, 11:49 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 120 dolları keçib Bu gün, 11:48 Məcnun Məmmədov şöbə müdiri təyin etdi Bu gün, 11:48 Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək Bu gün, 11:48 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar Bu gün, 10:48 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu Bu gün, 10:48 FHN Zaqatalada yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 AZANS Daşkənddə regional aeronaviqasiya əməkdaşlığını gücləndirib Bu gün, 10:48 KXDR Yapon dənizinə ballistik raketlər buraxıb Bu gün, 09:48 Ledi Qaqa ilk dəfə ana olub Bu gün, 09:48 Joze Mourinyo "Real"dakı münaqişəyə aydınlıq gətirib: "Heç nə etmədim" Bu gün, 09:48 Nepaldakı faciədə həlak olanların sayı artıb Bu gün, 09:48 Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub Bu gün, 00:48 Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj Bu gün, 00:48 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq Dünən, 23:48 Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb Dünən, 23:48 Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur? Dünən, 23:48 "Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir Dünən, 23:48 Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT Dünən, 23:48 Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Dünən, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Dünən, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR