
Şirvan şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Astanova Ruqəyya Vidadi qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.