
Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.
Bu barədə "AVESTA.AZ"a Penitensiar xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.