20-02-2024, 15:53 541

Bəzi qanunlara uyğunlaşdırma xarakterli dəyişikliklər edilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda keçirilən iclasında bəzi qanunlara uyğunlaşdırma xarakterli dəyişikliklər müzakirə edilib.

"AVESTA.AZ"un xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sədrliyi ilə keçirilən toplantının gündəliyə 5 məsələ daxildir.

Birinci məsələ Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqındadır. Əli Hüseynli Fikrət Məmmədovu peşəkar hüquqşünas və qanunun aliliyini həmişə uca tutan kadr kimi dəyərləndirib. Bildirib ki, Fikrət Məmmədov bu vəzifəyə təyin olunmaqla Konstitusiya Məhkəməsinin fəaliyyətinə öz töhfələrini verəcək.

Məsələ barədə çıxış edən komitə üzvləri Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Əminə Ağazadə, Elşən Musayev Fikrət Məmmədovun təcrübəli hüquqşünas kimi ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsi işində yaxından iştirak etdiyini qeyd ediblər. Deputatlar onun hüquq ictimaiyyəti arasında qazandığı nüfuzu və ədliyyə sisteminin inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

İclasda çıxış edən Fikrət Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə və onun namizədliyini dəstəklədikləri üçün deputatlara təşəkkürünü bildirib.

Sonra məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Əli Hüseynli bildirib ki, gündəliyin 2-ci məsələsi ölkə başçısı tərəfindən daxil olmuş “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsidir.

Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib ki, bu dəyişikliklər ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, Məhkəmə Hüquq Şurasına əlçatanlığın asanlaşdırılması məqsədi daşıyır. Dəyişikliklər məhkəmə fəaliyyətini tezləşdirməyə kömək edəcək.

Sonra o, Məhkəmə Hüquq Şurasında görülmüş işlər barədə məlumat verib, deputatları maraqlandıran sualları cavablandırıb.

Bu qanun layihəsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş) ölkə başçısı tərəfindən bir zərfdə daxil olub.

Qanun layihələri barədə məlumat verən deputat Kamal Cəfərov bildirib ki, hər iki məsələ 2023-cü il fevralın 24-də “Fövqəladə vəziyyət haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlıdır və onlara uyğunlaşdırma xarakteri daşıyır.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin 5-ci məsələsi ikinci oxunuşda Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsidir. Qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov təqdim etmişdi. Həmin iclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib.

Sonra gündəliyin 5-ci məsələsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Azay Quliyev, Vüqar İskəndərov, Sabir Hacıyev, Cəbi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş

Xəbər lenti

Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb Dünən, 22:48 Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Dünən, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Dünən, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Dünən, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Dünən, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Dünən, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Dünən, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Dünən, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Dünən, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Dünən, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Dünən, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Dünən, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Dünən, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Dünən, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Dünən, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Dünən, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Dünən, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Dünən, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Dünən, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Dünən, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Dünən, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Dünən, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Dünən, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Dünən, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Dünən, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Dünən, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Dünən, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Dünən, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Dünən, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Dünən, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR