20-02-2024, 17:50 592

Kürdəmir Uşaq İncəsənət Məktəbi qəzalı vəziyyətdədir, kollektiv yeni binanın tikilməsini istəyir

Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin binası qəzalı vəziyyətdədir.

“AVESTA.AZ”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, bina istismar müddətini çoxdan başa vurub.

Məktəbin dam örtüyü dağılıb, divarları çatlayıb, döşəmə və qapı-pəncərəsi yararsız vəziyyətə düşüb.

Belə ki, bina 1953-cü ildə tikilərək Kürdəmir rayon Yol İstismar İdarəsinin yataqxanası kimi istifadəyə verilib.1966-cı ildən isə ovaxtkı rayon rəhbərliyinin təşəbbüsü ilə uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Əvvəlcə məktəbdə 3 müəllim və bir neçə şagirdlə 2 ixtisas üzrə fortepiano və tar ixtisası tədris olunub. Sonralar rayonda bu sahəyə tələbat artdıqca müəllim və şagirdlərin sayı artıb. Hazırda məktəbdə 9 ixtisas üzrə 313 şagirdin tədrisi ilə 83 müəllim məşğul olur.

Şagirdlərin sayı artdığına görə məktəbdə sinif otağı çatışmazlığı yaranıb. Buna görə məktəb rəhbərliyi bir sinfi iki yerə bölüb. Bu isə dərs zamanı siniflərdə səs-küyə səbəb olur və tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bundan başqa, məktəbdəki musiqi alətləri də köhnəlib, istismara yarasız vəziyyətdədirlər.

Qış aylarında yağış və qurunt suları məktəbin içərisinə dolur. Müəllim və şagirdlər illərdir ki bu vəziyyətdə dərs keçirlər.

Məktəbin kollektivi yeni, müasir tələblərə cavab verən binanın tikilməsini istəyirlər.

Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin müdiri Qəndab Zülfüqarova “AVESTA.AZ”un yerli bürosuna bildirib ki, binanın mövcud vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat verilib, lakin bu günə qədər heç bir əməli iş görülməyib.

"Hazırda bina tədris üçün yarasız haldadır. Buna baxmayaraq, biz işimizi dayandırmırıq", - o qeyd edib.

Mədəniyyət Nazirliyindən “AVESTA.AZ”un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən hazırlanmış və müvafiq dövlət orqanlarına təqdim edilmiş “2024–2027-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısı”nda Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulub. Bu məqsədlə vəsait ayrılacağı təqdirdə nazirlik tərəfindən müvafiq addımlar atılacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR