
Sumqayıtda kəsici-deşici alətlə xəsarət yetirilən şəxsin vəziyyəti orta ağırdır.
Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
1999-cu il təvəllüdlü Məhəmmədəli Əhmədov döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Əməliyyat olunan şəxsin hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
Sumqayıt şəhərində Arzuman Əhmədov oğlu Məhəmmədəli Əhmədova kəsici-deşici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən faktı "Report"a təsdiqləyiblər.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.