29-02-2024, 17:48 496

Fuad Hüseynəliyev: Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən tezliklə nəticə gözləmək sadəlövhlük olar

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən tezliklə nəticə gözləmək sadəlövhlük olar.

“Report” xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB 24 TV”də yayımlanan “İşgüzar səhər” verilişində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində keçirilən görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, nazirlər arasında keçirilən görüşdə hansısa ciddi irəliləyişə nail oluna bilər, amma bu barədə geniş ictimaiyyətə bir az gec məlumat veriləcək:

“Çünki irəliləyiş varsa, sülh müqaviləsinin imzalanma mərhələsinə çatdığı təsəvvürünün formalaşması üçün üzərində xeyli iş görülməlidir. Məlum olduğu kimi, uzun müddətdir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmirdi. Bu görüş də xeyli fasilədən sonra baş tutdu. Əvvəlcədən iki ölkənin sülh təklifləri onlayn şəkildə müzakirə olundu. İndi isə nazirlərin görüşü bütün məsələlərin üzərindən keçib təsdiqlənməyə imkan verəcək. İstənilən halda sülh müqaviləsini Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan imzalamalıdır”.

F.Hüseynəliyev xatırladıb ki, Qranada görüşünə Azərbaycan tərəfi qatılmamışdı:

“Bunun səbəbini açıq şəkildə bəyan etmişdik. Masada Fransa var idi və bu dövlət özünü vasitəçi kimi sırımaq istədiyindən Prezident İlham Əliyev Qranadaya getmədi. Azərbaycan tərəfi bildirdi ki, Fransa varsa, Türkiyə də olsun. Buna digər iştirakçılar, həmçinin Ermənistan etiraz etmişdi. Ona görə də Azərbaycan Qranada görüşünə qatılmadı və heç bir bəyanata imza atmadı. Paşinyanın Qranada görüşünə istinad etməsi havadarlarına mesaj, cəmiyyəti sakitləşdirmək cəhdidir. Nikol demək istəyir ki, Fransa əvəzinə Almaniya olsa da, Qranada xəttini davam etdirir. Amma görünür ki, Almaniya sırf məkan olaraq seçilib. Almaniyanın xarici işlər naziri müzakirələrdə iştirak etmir. Sonradan naharda hansısa söhbətlər aparıla bilər, amma faktiki Azərbaycan və Ermənistanın müzakirəsinə almaniyalı nazir qatılmadı”.

Agentlik direktoru Prezident İlham Əliyevin fevralın 28-də Almaniyadan gələn böyük bir nümayəndə heyətini qəbul etdiyini xatırladaraq görüşdə önəmli mesajlar verildiyini söyləyib:

“Almaniya digər ölkələrə nisbətən neytral vasitəçi ola biləcəyini göstərdi. Parisdən fərqli olaraq, Berlin Ermənistanı silahlandırmır, buna yönəlik addımlar atmır. Almaniya ilə bundan əvvəl də sıx əlaqələrimiz mövcud idi. İqtisadi və siyasi əməkdaşlığımız yüksək səviyyədə olub. Amma Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə çıxış edən deputatlardan biri elə alman idi. Həmin deputat Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Almaniya ilk növbədə buna aydınlıq gətirməlidir. Biz aydınlaşdırmalıyıq ki, AŞPA-da səsləndirilən fikirlər Almaniyanın ümumi xəttidir, yoxsa hansısa deputatın fərdi mövqeyidir? Prezident İlham Əliyev də qeyd etdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya ilə aydınlaşdırılmalı proseslərin bu yöndə olduğunu düşünürəm. Yəni, AŞPA-dakı çıxışlardan sonra rəsmi Berlinin mövqeyi Azərbaycana qarşı yönələ bilərmi? Yoxsa həmin mərhələni unudub, gələcəyə baxırıqmı?”

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR